Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 2)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 2)
Sevgi Dünyası
10.09.2017 16
Birinci Dəftər

2




Bu gün yazı stolumun siyirmələrini səliqəyə salanda, əlimə şagird dəftərindən qoparılmış qoşa vərəq bir kağız keçdi. Bu, tibb institutunun qəbul komisiyasına verdiyim tərcümeyi-halın surəti idi.

"Mən, Könül Murad qızı Kazımbəyli min doqquz yüz qırx səkkizinci il aprel ayının onunda Bakıda fəhlə ailəsində anadan olmuşam. Atam Əzizbəyov neft mədənində mühəndis işləyir. Mənim yaşımdan Sov. IKP-nin üzvüdür. Anam Mərmər kitabxanaçıdır. Mən orta məktəbi bu yay qurtarmışam. Min doqquz yüz altmış dördüncü ildən komsomolçuyam.

Ünvanım belədir: Şıxəli Qurbanov küçəsi, ev nömrə 103, mənzil 8.”

Kağızı qatlayıb stolun üstünə atdım. Təsirləndim. Fikirləşdim ki, mənim əsl tərcümeyi-halım bu gündən—Dərya ilə tanışlıqdan sonra başlayır. Bənövşəli dəftərimin ilk səhifəsindən.

—Onun—Şıxəlinin isə tərcümeyi-hal dəftəri bağlandı, bənövşəsi soldu… Heyf, heyf Şıxəlidən!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!