Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 5)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 5)
Sevgi Dünyası
10.09.2017 8
Birinci Dəftər

5



Biz beşmərtəbəli binanın ikinci qatında oluruq. Mənzilimiz üçotaqlıdır. Bayırdan qapımızın çərçivəsindəki ağ düyməni basanda, dəhlizə cingiltili zəng səsi deyil, əsəbləri səkitləşdirən xoş bir musiqi sədası yayılır. Sol tərəfdə gözlük şüşələri naxışlı geniş qapı adlandırdığımız qonaq otağına açılır. Tünd-şabalıdı rəngli mebellərimiz son müasir dəbdə olmasa da, yaraşıqlıdır. Anam qəsdən otaqlarımızı bir növ qədim qaydada bəzəyib. Bu mənim də xoşuma gəlir. Evimizdəki əşyaları on il qabaq necə qoymuşuqsa, indi də yerlərini dəyişməmişik. Zala döşəmə boyu xalı sərmişik. Ortadakı uzunsov, dördkünc yemək stolunun ətrafında altı yumşaq kreslo qoyulub. Sağ divarda, piano ilə servant arasında yataq otağına qapı var. Bu yanda bufet, divan, yuxarı küncdə isə "Rubin-106” televizoru durur. Zal, küçə balkona açılan ikitaylı qapının şüşə gözlüklərindən işıqlanır. Divanın arxasındakı "Tarantello” Italiya xalçası üstündən oymalı, zərli haşiyədə tanımadığım rəssamın canlı bir mənzərə əsəri vurulub. Şəkildə, yaşıl meşə qoynundakı ucqar kənddən çıxan süvarilərin, sıldırım dağlarda ilan kimi qıvrılan müdhiş yollarda qalxdığı təsvir olunur. Üzbəüzdə isə atamın fotoşəklidir. Qapıların pərdələri də divarlara çəkilmiş kağıza uyğun mavi güllüdür. Axşamlar, hündür tavandan asılan iri büllur çilçirağın şam-lampaları yananda zal zül-zül edir; "Tarantello” xalçasındakı rəqqasə qadını ortaya alan oğlanların, qızların əlvan geyimləri gündüzkü rəngini dəyişərək, bərq vurur. Mənim otağım dəhlizin sağ səmtindədir. Telefon da orda, yazı stolumun sol böyründədir. Divardan bir oyuncaq meymun asılıb. Bunu mənə ad günümdə Qönçəbəyimin oğlu hədiyyə gətiribdir. Həyətə çıxan balkonun qabağında qollu-budaqlı yabanı yasəmən ağacı əkilib; baharda açılan çəhrayı çiçəkləri çox gözəl, lakin ətirsiz olur. Sadə otağımı zənginləşdirən, ancaq kitablarımdır. Bütün bunlardan başqa bir də mətbəxin böyründə balaca, xudmani aynabəndimiz var. Yayda səhər və axşam sərinliyində çay içməyə, çörək yeməyə ora yığışırıq. Vəssalam. Bizim mənzilimiz belədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!