Oxuyun və düşünün

Oxuyun və düşünün
Sevgi Dünyası
10.09.2017 2
Bir gün bir baramada kiçik bir dəlik açıldı və bir adam bədənini bu kiçik dəlikdən çıxarmağa çalışan kəpənəyi saatlarla seyr etdi.

Sonra kəpənək sanki daha çox irəliləmək istəmirmiş kimi dayandı. Sanki irəliləyə biləcəyi qədər irəliləmişdi və artıq daha çox irəliləyə bilmirdi. Və adam kəpənəyə kömək etmək qərarına gəldi. Əlinə bir qayçı aldı və baramanı kəsərək dəliyi böyütdü.

Kəpənək asanca çölə çıxdı.

Lakin bədəni böyük və qanadları quru və buruq idi.

Adam kəpənəyi izləməyə davam etdi, çünki zamanla qanadlarının böyüyüb bədənini daşıya biləcək qədər genişləyə biləcəyini ümid edirdi.

Lakin bu olmadı!

Gerçəkdə kəpənək ömürünün geri qalanını o böyük bədəni və quru buruq qanadları ilə ətrafda sürünərək keçirdi. Uçmağı heç bacara bilmədi.

Adamın bu tələsik yaxşılığı içərisində anlaya bilmədiyi şey bu məhdudlaşdırıcı baramanın və kəpənəyin o kiçik dəlikdən çölə çıxmaq üçün verdiyi mübarizənin kəpənək üçün lazımlı olduğu idi, çünki bu Allahın həyat mayesinin kəpənəyin bədənindən qanadlarına doğru axmasını təmin etmək üçün tapdığı yol idi, beləcə kəpənək baramadan xilas olduğu anda uçmağa hazır ola biləcəkdi. Bəzən mübarizələr həyatımızda tam olaraq ehtiyac duyduğumuz şeylərdir. Əgər Allah, həyatımızda heç bir maneə ilə qarşılaşmadan davam etməmizə icazə versəydi şikəst qalardıq. İndi və daha sonra ola biləcəyimiz qədər güclü olmazdıq. Əsla uça bilməzdik.

Güc istədim? Və Allah məni güclü etmək üçün, qarşıma çətinliklər çıxardı.

Müdriklik istədim? Və Allah mənə həll etmək üçün problemlər verdi.

Zənginlik istədim? Və Allah işləmək üçün mənə beyin və güclü əzələlər verdi.

Cəsarət istədim? Və Allah öhdəsindən gəlməyim üçün mənə təhlükə verdi.

Sevgi istədim? Və Allah kömək etməyim üçün problemli insanlar verdi.

Yaxşılıq istədim? Və Allah mənə fürsətlər verdi.

İstədiyim heç bir şeyi əldə etmədim, ehtiyacım olan hər şeyi əldə etdim.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!