Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 7)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 7)
Sevgi Dünyası
10.09.2017 11
Birinci Dəftər

[/b] [b]7
 
Mətbəxdə oturub çay içirdim. Telefonun zəngini eşidəndə cəld öz otağıma yüyürdüm. Dəstəyi ehmalca qaldırdım:—Bəli, kimdir?

O qədər astadan xəbər aldım ki, çox güman səsim mikrafona yetmədi. Boğazımı arıtlayıb, bir də təkrar soruşdum:

—Allo, kimdir?

—Mənəm.

Səhv etməmişdim. O idi.

—Dərya?.. Salam.

—Nə təhərsiniz, Könülcan?

—Lap yaxşı. Bəs siz?

—Mən də. Neyləyirsiz evdə?

—Heç… İnstitutdan indicə gəlmişəm.

—Bu axşam nə işlə məşğulsunuz?

—Dərslərimə hazırlaşacağam.

—Bəs mənimlə görüşməyə hazırlaşmırsınız?

Bilmədim, nə deyəm. Canımı dişimə tutdum:

—Yox...

—Çox ləngimərik.

—Mümkün deyil, Dərya.

Onun səsi ciddiləşdi:

—Yoxsa, incimisiniz məndən?

—Xeyr… İnciməmişəm. Başqa səbəb var.

—Məni nigaran qoydunuz, Könül. Bəlkə ucundan-qulağından deyəsiniz..

—Sonra… Narahat olmağa dəyməz.

—Kefim pozuldu. Siz lap...

—İcazə verirəm, mənə "sən” deyin.

—Təşəkkür edirəm. Bəs mən sizi… səni haçan, harda görüm?

—Sabah zəngləşib danışarıq.

—Nə deyirəm ki… Salamat qal. Öpürəm səni. Dud...dud… dud...

Dəstəyi qoydum. Utandığımdan əllərimlə üzümü qapadım. "Öpürəm səni.” Tək otaqda öz-özümə pıçıldadım: "Mən də.” Atamın gözlərindən uzaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!