Söz verirəm daha sevməyəcəm!

Söz verirəm daha sevməyəcəm!
Sevgi Dünyası
10.09.2017 9
Səni necə qoruyurdum, əzizim. Səni necə qoruyurdum mən. Yerdən-göydən,güldən-çiçəkdən də qoruyurdum. Ötən yellərdən də qoruyurdum, şirin dillərdən də qoruyurdum. Səni özümdən ayrı qoymaq istəmirdim. Səni köksümü yarıb orda gizlətməkistəyirdim. Səni hər kəsdən, hər şeydən qorumaq istəyirdim. Sənsizlik həsrətindən yaman qorxurdum, yaman ürpərirdim. O, qorxunu özümdən uzaqlara atmaq,uzaqlara qovmaq istəyirdim. Səninlə səadətə yetmək istəyirdim. Sənsizlik dəhşətində yanmaq istəmirdim. Sənsizlik burulğanına düşmək istəmirdim. Gecə-gündüz Tanrıma yalvarırdım, səni itirməmək üçün. Qorxurdum onun üçündə səni hər kəsdən qoruyurdum.... Amma alınmadı səni hər kəsdən qoruya bildim, lakin səni səndən qoruya bilmədim, bacarmadım, səni incidədə bilmədim. Diri-diri yanmaq, sevə sevə ayrılmaq mənim taleyimə yazılıbmış.



Mən sadəcə səni istəyirdim heç kəsi yoxki?? Mən səni istəyirdim.. İstəyirdimki ancaq mənim olasan.. Yalnız mənə məxsus olasan.. Bəlkə mən çox bir şey istədim səndən, ammaki istədim səndən bunu mən.. Mən sadəcə səni istəyirdm heç kəsi yoxki? Mən sadəcə sənin qoxunu, sənin o soyuq cismini istəyirdim heç nəyi yoxki? Mən sadəcə səni sənlə keçirdiyim o günləri istəyirdim səni istəyirdimki yenidən yaşaya bilim o ötən xoşbəxt günləri.. Mən sadəcə səni istəyirdim heç kəsi yoxki Mən sadəcə səni o isti nəfəsini istəyirdim heç nəyi yoxki? Mən sadəcə sənlə keçirdiyim o soyuq gecələri istəyirdim.. Heç nəyi yoxki??скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!