Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 10)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 10)
Sevgi Dünyası
10.09.2017 5
Birinci Dəftər

10




Son keçdiyimiz bəhsi özlüyümdə təkrar edə-edə gedirdim: "… İnsan kəlləsinin beyin hissəsi səkkiz sümükdən ibarətdir. Onlardan dördü təkdir—ənsə, əsas, alın və xəlbir sümüyü. Ikisi isə cütdür; təpə sümüyü, gichah sümüyü. Alın, ənsə, təpə və gichah sümüklərinin bir hissəsi kəllənin qapağını, yerdə qalan sümüklər kəllənin əsasını təşkil edir.”

İnstituta haçan gəlib çatmışdım, bilmədim. Qabaqda, küçənin tinində mavi bir "Volqa” dayanmışdı.Mən yaxınlaşanda maşının qapısı açıldı, Dərya aşağı düşdü.Sən demə, bu onunku idi. Salam verib, əl tutdu, kefimi soruşdu.

—Biz ki sözləşmişdik mən dərsdən qayıdandan sonra görüşək.

—Elədir… Ancaq o vaxtadək ürəyim dözmədi. Səndən nigaran qaldım, Könülcan. Telefonda da soyuq danışdın.

Dəryanın bu qayğıkeşliyi məni elə həyəcanlandırırdı ki, ona təşəkkür etməyə aciz qaldım. Açdım maşının dal qapısını, əyləşdim.

—Getmirəm bu gün instituta!—dedim.

O da sükanın arxasında oturdu:

—Hara sürüm?

—Hara xətrin istəyir.

Maşın yerindən tərpənəndə Dərya qarşısındakı kiçik aynadan mənə gülümsündü.

—Al, bunu tax gözünə,—deyə azacıq uzaqlaşcaq o, döş cibindən çıxardığı qara şüşəli eynəyini çiyninin üstdən mənə uzatdı:

—Niyə ki?—soruşdum.

—Tanımasınlar səni.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!