Gözəllik və çirkinlik

Gözəllik və çirkinlik
Sevgi Dünyası
10.09.2017 28
Bir gün gözəllik və çirkinlik bir dəniz sahilində qarşılaşdılar və dedilər: " Gəl dənizə girək!”-, Geyimlərini çıxardıb suda üzdülər.



Bir müddət sonra çirkinlik sahilə qayıdıb, gözəlliyin geyimlərinə büründü və yoluna davam etdi.



Gözəllik də dənizdən çıxdı, öz geyimlərini tapa bilmədi, amma çılpaq olmaq utandırırdı onu, çarəsiz gözəllik çirkinliyin geyimlərinə büründü və yoluna davam etdi.



O gündən bəri insanlar onları bir-birinə qarışdırırlar.

Ancaq içlərindən gözəlliyin üzünü əvvəldən görmüşləri vardır ki, geyimlərinə baxmadan tanıyırlar onu.



Və yenə çirkinliyin üzünü bilənləri vardır ki, gözlərindən tanıyırlar çirkinliyi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!