İndi bir mesaj gəlsə

İndi bir mesaj gəlsə
Sevgi Dünyası
10.09.2017 11
Telefonu
yanımdan ayırmıram, bilirəm nə zəng edərsən, nə mesaj yazarsan
amma... Yenə də telefon düşmür əlimdən yerə... Telefonumun səslidə
olmasına baxmayaraq hər dəfə açıb baxıram bəlkə bir zəng və ya bir mesaj
gələr deyə... Amma yox... Kaşki yazsan, amma sən heç vaxt kaşkilərimi
gerçəkləşdirmədin... Mən yazmıram sənə çünki sən yazma, məni narahat etmə
demisən... Mən də söz vermişəm sənə bir daha yazmayacam, zəng etməyəcəm
amma kaşki indi səndən bir mesaj gəlsə......

Gələn mesaj səndən olsa, həyəcandan açıb oxuya bilməsəm...

Bu mesaj telefonu yox qəlbimi titrətsə, heç vaxt silməyəcəyim bir mesaj olsa....

Kaşki indi bir mesaj gəlsə heç gözləmədiyim anda ,açsam oxusam
yalnız və yalnız bu sözlər yazılsa: Bağışla, neçə illərdir səni mənsiz
qoyduğum üçün.. Bağışla, səni illərdir ağlatdığım üçün...

Amma bilirəm ki, yazmazsan, çünki elə bilirsən ki, mən sənsiz də
xoşbəxtəm, sənsiz də yaşayıram... Amma daha bilmirsən ki, mən çoxdan
ölmüşəm... Yaşamağa həvəsim, inamım qalmayıb... Amma sənin tək bir xoş
sözün,tək bir mesajın, tək bir zəngin məni yenidən həyata qaytarar, üzümün
həqiqətən gülməsinə səbəb olar... Amma sən bunları bilmirsən
məsələn... Və heç vaxt da bilməyəcəksən...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!