Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 13)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 13)
Sevgi Dünyası
10.09.2017 23
Birinci Dəftər

13




Dərya ilə tanış olduğumuz bir aydır. Bu müddət ərzində hər gün görüşə bilməsək də, mütləq  zəngləşirik. Atamın qorxusundan cəmi üç dəfə gəzməyə çıxmışıq. Onda da yarı ürəyim evdə qalıb. İndi Dəryasız darıxıram. O mənimçün ən əziz, doğma bir adama çevrilib. İnstitutda mühazirələr zamanı tez-tez yadıma düşür. Evə gələndə də həmişə qulağım səsdə olur. Elə bilirəm bu dəqiqə  arxadan onun səsini eşidəcəyəm: "Könül!..” deyə məni çağıracaq. Fəzilə diliyanmış, bizi kinoda gördüyünü fakültəmizdə qızların çoxuna danışıb.  Eh!.. Qoy hamıya yaysın! Əvvəl-axır hər şey aşkara çıxacaq.  Sevmək cinayət sayılsaydı, gərək bütün bəşəriyyət mühakimə olunaydı!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!