Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 14)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 14)
Sevgi Dünyası
10.09.2017 20
Birinci Dəftər

14




Adam məhəbbətin qədrini araya hicran düşəndə bilir. Bir həftədir dəli kimiyəm. Evə gəldimmi, otaqlarda vurnuxuram. Dəryanın yolunu gözləyirəm. Moskvaya rəssamların, heykəltəraşların  müşavirəsinə gedib.Hesabla gərək ya sabah, ya biri gün qayıtsın. Təyyarədən evən təki mənə zəng çalacaq. Yaxşı ki, bir yol telefonla danışmışıq… Amma məni nigaran qoyub. Əlcəklərini yadından çıxarıb aparmayıb. Bu səhər elə ona görə radioya qulaq asdım. O tərəflərdə möhkəm şaxtadır. Moskvanın qışını mən də görmüşəm… Mağazalardan əlcək tapmasa, barmaqları donacaq Dəryamın.  Srağagün telefonla soruşdum: "Oralar çox soyuqdur?” Cavab verdi: "Onu mən bilmərəm, Könül!” Xəbər aldım: "Niyə?”  Dedi: "Çünki məni sənin məhəbbətin isidir!..”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!