Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 18)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 18)
Sevgi Dünyası
10.09.2017 25
Birinci Dəftər

18




Sevinclə, mahnı ilə başlanan istirahət günüm kədərlə, göz yaşı ilə qurtardı. Evə gəlib otağıma çəkildim. Anama dedim, kefsizləmişəm. Uzandım ... Eminə yamanlıq etmişdim—özümü saxlaya bilmədim, ağladım. Dərya ilə görüşəcəyimiz vaxt da keçdi. Arada telefon cingildədi. Qalxmadım. Anam cavab verdi:

—Allo? Kimdir,—edi.

—Emindir? Yox?.. Canın sağ olsun, bala, bu səfər nömrəni düz yığarsan... Dəstəyi qoydu.

 Danışan yəqin Dərya idi. Anam isə Eminə oxşatmışdı. Bu nahaqdan deyildi. Evə qanıqara qayıtdığımdan, çox güman,məsələni duymuşdu. O da məyus idi...

Anam başına xına qoyub. Göyçəkləşib. Dərya deyir, mən atama oxşayıram. Amma razılaşmıram. Mən anama baxanda otuz il sonrakı özümü görürəm. Qaş-gözümü elə bil ondan borc almışam. Kirpikləri də eynən mənimki tək sıx və uzundur. Hələ üzüm giləsinə oxşar dodaqları, düz burnu... Bircə çənəsinin zənəxdanı məndə yoxdur. Ancaq o, bir az kökdür. Kitabxanada işi yüngüldür. Tənəffüsdən-tənəffüsə ayaq üstə olur. Uşaqlar dərsə girəndə o da oturub kitab oxuyur.

 Anam otaqdan çıxanda astanada ayaq saxlayıb maraqlandı:

—Eminin bayaq nə işi vardı səninlə?

—Heç,—dedim,—ma. Bir kəlmə söz soruşacaqdı.

Ürəyi dözmədi anamın:

—Soruşdumu?

Məndən cavab almadığını görən arvad matəm içində kölgə kimi yavaş-yavaş çəkildi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!