Bu sən deyilsən (Nusret Kesemenli)

Bu sən deyilsən (Nusret Kesemenli)
Sevgi Dünyası
10.09.2017 78
  Bu sən deyilsən...

 



Qayıdıb gəlibsən gözləri yaşlı,



deyirsən,bir daha küsən deyilsən.



Hanı o vuqarın,o saymazlığın;



Yox bu sən deyilsən,bu sen deyilsən..



Deyirsən vaxt kecir,zaman gözləmir,



Dilin dediyini ürəyin demir.



Bu yalvaran gözəl sənə bənzəmir,



Yox,bu sən deyilsən,bu sən deyilsən.




Deyirsən küsənlər barişar yenə,

Nə tez boyun əydin beş günlük qəmə?



Özündə razılıq yaraşır sənə,



Yox,bu sən deyilsən,bu sən deyilsən.



 Dərdlisən,dərdini get danış suya,



Əl açma,alçalma mən verən paya,



Elə bil dilənçi gəlib qapıya,




Yox,bu sən deyilsən,bu sən deyilsən.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!