Hər şeyim ol!

Hər şeyim ol!
Sevgi Dünyası
10.09.2017 30
Mənim "Hərşeyim" ol istəyirəm...
Məsələn "Həyat Yoldaşım" ol. Anan zəng vuranda telefonu mənə ver açmam üçün, söhbət edim onunla, mən səni şikayət edim, sonra o da sənə hirslənsin. Hər gecə sarılaraq yataq, hər sabaha dodaq dodağa oyanaq. Hərşeyi birlikdə edək, məsələn ev təmizliyi.
Hər zaman mən dağıdım sən topla və dalımca danış, mənə hirslən, bağır, qışqır, hətta saatlarla danışma ama həmişə ən sonunda sarılaraq yataq...
Sonra "Uşaqlarımın Anası" ol...
Hər gecə sırayla qalxıb baxaq onlara. Hərşey bərabər olmalı, məsələn
3 dəfə sən , 1 bir dəfə mən. Mənə altini dəyistirməyi oyrət ki, sən dəyiştirərkən olub olmadigini yoxlaya bilim. Məktəbə başladıqlarında sıra ilə aparaq məktəblərinə. Oğlumuz əsgərə gedəndə, sən əl sallayıb gözyasi tök, məndə gözlərini silib sənə təsəlli verim. Toylarında qarşılıqlı oynayaq. Bəzən əsalarımızla bir-birimizə girək, başımda neçə əsa qırarsan qır, ama həmişə ən sonunda sarılaraq yataq...
Bəzəndə "SEVGILIM" ol...
"Səni sevirəm Hərşeyim"lə başlayan mesajlar at mənə, məndə uzuun uzunnn cavablar yazım. Dəqiqə başı mesajlar atıb, harda oldugumu nə etdiyimi soruş. Həyati burnumdan gətir. Məsələn heç getmədiyimiz yerlərə gedib yox olaq, sonrada birbirimizi günahlandıraq.
Məsafələr əngəl olmasın bizə. Məni sevdiyini hissetdir, məndə həmişə sənə aşiq olduğumu fısıldayım qulaqlarına. Çox qısqan məni, məndə səni təbii. Dava edək tez-tez qısqanclığa görə. Hər yerdə qucaq qucağa olaq, yanyana və qəlb qəlbə. Bəzən tam qarsimdan gələn qəribə bir qıza niyə baxdığımı sorğula. Hirslən mənə hətta agız burun giriş ama ən sonunda sarılaraq yataq...
Və sonra "MƏZAR YOLDAŞIM" ol...
Nə sən məndən əvvəl haqqın rəhmətinə get, nə də mən. Arxandan yas tuta bilmərəm bu acıya dözmərəm ve arxamdanda ağlamanı istəmərəm. Sənə qıymaram nə olursa olsun öləcəksəkdə birlikdə ölək. Bir həyatı necə paylaşdıqsa eyni məzarıda elə paylaşaq. Nə olursa olsun Ən sonunda sarılaraq sonsuz yuxuya gedək......скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!