İçində sən olmayan cümlələr qururam

İçində sən olmayan cümlələr qururam
Sevgi Dünyası
10.09.2017 22
Neçə vaxtdır fərq etdim ki; artıq içində sən olmayan cümlələr qururam. Nə böyük azadlıqdır!
İçində sən olmayan cümlələr…
Saxlanmış, basdırılmış bir sevginin ardından, səssiz düşüncələrə
dalmaqdan imtina edib, susduğum sözləri atıb dəftərimdən, sənsiz
yaşamağa başlamışammış.
Ağrının ürəyimi deşdiyi və ən sevdiyim zaman olan gecənin belə kabusa
çevrildiyi o dekabr aylarından, səndən xəbərsiz bir günə oyanmağa
başladığım kim bilir nə qədər oldu? Onu belə saymamışam!
Özümü sorğularkən tapdım ağılımı amma xeyr, bu sənə xəyanət deyil. Bu səni unutmaq da deyil! Bu həyata dönməkdir sanıram…
Səni unutduğumu söylədiyim bu an belə, unutmuş olduğumu xatırladan yenə
sən deyilsən? O zaman necə unudulmuş ola bilərsən? Bu yalnız bir sehrdir
sanki.
Ayrılığımızın ilk zamanlarında hər kəs səni soruşardı. Nəysə o hissəsi
buraxıram. Hər adını ürəyimə bıçaqla batarmış kimi girən o ağrı, indi
adını bir tortuna həkk edildiyini gördüyümdə belə səni düşünməməyə
çevrildi.
Mən əslində səni unutmadım, yalnız idarəni əlimə aldım. Artıq yalnız və
yalnız səni düşünmək istədiyim anlarda ağılıma gəlirsən. Məndən xəbərsiz
beynimin ətrafında gəzmir səsin, xatirələrin və artıq yastığım daxil,
evdəki heç bir əşya sənin qoxunu vermir.
Buralara gələ biləcəyimə heç inanmadı ürəyim. İlk günlər çox çətin idi.
Gecələr boyu bitməyən bir işgəncə kimi, sən və sənə aid nə varsa,
otağımın və ağılımın içində dönüb dayanırdı. Heç bitməyəcək sandığım
dəlilik zamanları, ayrılıq ağrısının o soyuq sarılışı, həyatın bütün
rənglərinə kor amma bir tək qarasını görən halımla, tək başıma döyüşdüm.
Mənzildən gələn hər ayaq səsinə, hər avtomobil qapısının bağlanmasına
şüşəyə atılan məndən, azadlaşmış mənə keçiş etmək, dildə deyildiyi qədər
asan olmadı. Yenə də bacardım, hər kəs kimi….
İndi xoşbəxtəm çünki içində sən olmayan cümlələr qurumuram. Bu yazını saymazsaq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!