Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 21)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 21)
Sevgi Dünyası
10.09.2017 37
Birinci Dəftər
21

Çıxılmaz vəziyyətdə qalmışdım. Atam, anam, Qönçəbəyim, əri… Hamısı bir fikirdə idi: məni Eminə nişanlasınlar. Oğlan etirazımı bilib qırağa çəkilsə də, valideynlər bu sövdadan əllərini üzmək istəmirdilər.
Dəryanın rahatlığı pozulmuşdu. Tez-tez zəng çalırdı, xəbər alırdı: "Könül, nə oldu?” "Atam məni danışdırmayıb,—deyirdim.—Yəqin bu axşam dindirəcək.”
Qönçəbəyimin də səbri tükənmişdi. Anamı gündə neçə yol telefona çağırırdı: "Mərmər, iş nə yerdədir?”
 Anam məndən çəkinirdi, əlini ağzına tutub, udquna-udquna astadan cavab verirdi: "Mən məsələni Murada çatdırmışam. Hələ ki, qızın rəyini soruşmayıb.” Dəryagildən elçilər üç gündən sonra gələcəkdi.  Evimizdə gərgin bir hal yaranmışdı. Atam özünü hər şeydən xəbərsiz kimi çox laqeyd aparırdı. Sanki anamın, Qönçəbəyimlə ərinin dediklərini unutmuşdu; Eminlə nişanlanmağıma etiraz etmədiyini yaddan çıxartmışdı. Onun bu etinasızlığı məni gecə-gündüz düşündürürdü. Kim bilir, bəlkə də ikicə kəlmə ilə razılığını verdiyi üçün bir daha bu söhbətlərə qayıtmağı lüzumsuz sanırdı. Ancaq ürəyimə dammışdı. O, bu haqda mütləq məni danışdırmalı idi!  Anamsa iki yol ayrıcında aciz qalmışdı. Gücü ona çatırdı ki, susurdu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!