Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 22)

Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 22)
Sevgi Dünyası
10.09.2017 39
Birinci Dəftər
22

Bu lal-dinməz, cansıxıcı günlər məni elə bezikdirmişdi ki, nəhayət özüm söhbəti açmalı oldum:
—Ma, nə xəbərdir?! Niyə bikefsən? Səbəbini desənə!.. Başa düşürəm, guya mən günah bir iş tutmuşam… Belə birtəhərsiniz, atam da, sən də… Mən bu evdə ögeyəm, nədir?..
Anam gəlib qarşımda əyləşdi. Qollarını sinəsində çarpazlayaraq məlul bir görkəm aldı. Arvad bu fürsəti çoxdan gözləyirmiş kimi dərdi açıldı:
—Neyləyim, ay bala. Heç deməyə söz də tapmıram. Nə səndən keçə bilirəm, nə də onlardan... Qönçəbəyimlə üz-üzə gələndə xəcalətdən bir köynək ət tökürəm...
—Neyçün?
—Özün hər şeyi məndən yaxşı anlayırsan… Bildir razılığını istədilər, dedim, tələsməyin… Qoy uşaq instituta girsin, sonra. Oturub gözlədilər, indi də belə...
—Belə, yəni necə? Açıq danışsana, ma.
Anam yarıümid, lakin miskinli tərzdə nəzərlərini üzümə zillədi:
—Onu məndən niyə soruşursan?! Bəs özün oğlana rədd cavabı verməmisən?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!