Bu gün sənsizliyə ilk addımlarımı atıram

Bu gün sənsizliyə ilk addımlarımı atıram
Sevgi Dünyası
10.09.2017 18
Bu gün sənsizliyə ilk addımlarımı atıram. Bilirəm çətin olacaq sənsizlik. Bilirəm gülməyəcəyəm daha, saatlar keçmək bilməyəcək və mən unudacağam xoşbəxtliyi.Halbuki mən yalnız səninlə bir gecə də olsa yan-yana olmaq və mən sənin gözlərində sonsuza çatmaq istəmişdim. Səni sevmişdim mən. Sonra sənin yerini sənsizlik aldı. Uzağımda idin daha. Gəl deyirdim, gecənin ən səssiz və ən gizliliyində. Unutmuşdu yuxunu gözlərim və qışqırırdım, haradasan, bax təkəm və çarəsizəm. Boşluğa uzanırdı əllərim, səni axtarırdım şəhərin hüznlü küçələrində.Amma sən yox idin, getmişdin, bir daha geri gəlməmək üzrə. Məni sənsizliklə, məni səssizliklə baş-başa buraxıb getmişdin.Bəlkə haqlı idin, amma mən sənsiz nəfəs ala bilməzdim, bilirdin, amma getdin, sənə "getmə qal"-deyə bilmədim..Sən getdin və mən son dəfə baxdım Günəşə, son dəfə güldüm, son dəfə ürəyim döyündü gedərkən.Gözlərimi boşluğa dikdim və uzaqlara baxdım, gülürdüm. Yaşadığımız hər şey dünən olmuşdu və bitmişdi ümidlərim.Sonra bağladım gözlərimi bir daha açmamaq üzrə. Sənə sənin arxandan ağlamayacağam demişdim, mən sözümü tutdum və arxandan bir damla belə gözyaşı tökmədim. İndi mən gedirəm və səni yaşaya bilmədiyim günlərimə həbs edirəm.Bir payız axşamı idi ürəyimi sənsizliyinlə baş-başa qoyub getməyin.Saralmış yarpaqlarda axtardım qoxunu, səmaya baxdım, bəlkə son dəfə səni görərəm deyə.Ulduzlara baxdım, amma sən yox idin. Gözlərim doldu, ağlayacaqdım, ağlamadım.Səni nə qədər çox sevdiyimi və sənsiz yaşamağın qeyri-mümkün olduğunu bir dəfə də yazdım.Sonra ona sarıldım, sənin qoxunu verirdi sətirləri. İçində sən var idin və sənə sevgim var idi.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!