Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 28)

Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 28)
Sevgi Dünyası
10.09.2017 23
İkinci dəftər
28

Səhər qocalar, qarılar deyirdilər, saat on ikidə il quzu üstdə təhvil olacaq. Sevinirdilər. Güya insanlar əmin-amanlıqla yaşayacaq, mehriban dolanacaq. Tək doğru çıxaydı! Ancaq mən belə mövhumi söhbətlərə inanmıram.
Yaz gəlmişdi—bu, həqiqət idi. Duyurdum ki, hava bahar qoxuyur; görürdüm ki, günəş fərəhlə gülümsünür; ağaclar pöhrələnir; göydə qaranquşlar çırpınır... Qarşımda stol üstündəki dolçada iki nərgiz, bir bənövşə vardı. Ətirləri də özləri kimi lətif çiçəklərin ləçəklərində sanki ilahidən baharın təravəti, təbəssümü nəqş edilmişdi. Yadımda deyil kimin şeridir, ancaq yaxşı sözlərdir:
Bəh! Bəh! Yenə yaz gəldi, vətən laləzar oldu.
Açdı yaxasın çöldəki güllər, bahar oldu...
Dərya həyət balkonunda başıaçıq, nazik köynəkdə oturmuşdu. Mən evdə dərslərimə hazırlaşırdım.
Soruşdu:
—Saat neçədir, Könül!
Kitabdan ayrıldım, bir azdan on iki olacaqdı.
—Bahara beş dəqiqə qalır,—dedim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!