Quşun nəğməsi

Quşun nəğməsi
Sevgi Dünyası
10.09.2017 24
Günlərin birində bir kəndli qartal yumurtası tapır və onu kürd toyuğun altına qoyur.Qartal balası yumurtadan cücələrlə eyni vaxtda çıxır,onlarla birgə böyüməyə başlayır.O,digər toyuqlardan fərqlənmədiyindən əmin idi və özünü onlar kimi aparırdı.Torpaqda soxulcan və cücə axtarır,qaqqıldayırdı.Qanadlarını çırpar və havada yalnız bir-neçə metr uça bilərdi.Uzun illər ötdü:qartal artıq qocalmışdı.Bir dəfə o,yüksək səmada gözəl bir quş gördü.quş möhkəm,qızılı qanadlarını,demək olar ki,tərpətmədən güclü küləyin arasında süzürdü.Qoca qartal həsəd içində donub qalmışdı.

-Bu nədir?-o,soruşdu.

-Bu qartaldır,quşların şahı,-ona cavab verdilər.-Onun evi göylərdir.Biz isə toyuğuq,bizim evimiz torpaqdır.

Həmən bu qartal toyuq olaraq da öldü,çünki özünü həmişə toyuq hesab edirdi.

 

Müəllif: Entoni de Melloскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!