Düşündüm ki, siz bunu bilmək istərsiniz

Düşündüm ki, siz bunu bilmək istərsiniz
Sevgi Dünyası
10.09.2017 8
Dayana Vaynman ağır itkidən çox mütəəssir olmuşdu: Onun on yeddi yaşlı qızı Keti avtomobil qəzasında həlak olmuşdu.Dayananın iztirabları son həddə çatanda,hadisə yerində olmuş şerifin müavinindən bir məktub aldı.Bu məktub onun və ərinin acısını bir az xəfifləşdirdi.

Cənab və xanım Vaynman!

İtkinizə çox təəssüf edirem.Sizə yazıram,çünki mənimdə üç yeniyetmə övladım-bir oğlum və iki qızım var.Onlardan biri ölsəydi,mənim sizə indi söyləyəcəklərimi  mən də eşitmək istərdim.

Dağılmış maşını yolun çox sürüşkən bir sahəsində tapdım-yollar buz bağlamışdı.Keti sürücü yerində əyləşmişdi.Başının sol hissəsindən güclü zərbə almış və huşünu itirmişdi.Onun nəfəs almasını asanlaşdırmaq üçün başını bir az qaldırdım və xilasedicilər gələnədək ehtiyatla bu vəziyyətdə saxladım.Bir neçə dəqiqədən sonra Ketini xilas etməyin mümkün olmayacağı məlum oldu,lakin biz onun ağ ciyərlərinə hava verməyə davam edirdik,sonra isə elektromonitordan onun artıq dünyasını dəyişdiyini bildik.

Ketinin nələr baş verdiyini anlamadığını,əzab çəkmədiyini və qorxmadığını bilməyinizi istəyirəm-o,özünə gəlmədi.Daha bir şeyidə bilməyinizi istəyirəm-o,tənha olaraq ölmədi.Öz gənc qızlarını sevən və övladların çox qiymətli varlıqlar olduğunu bilən bir atanın əllərində həyatla vidalaşdı.Əgər nə vaxtsa həmən gün barəsində danışmaq istəsəniz,xahiş edirəm,çəkinmədən mənə zəng edin.

Dualarımla,Robert Qross,

Leyn mahalının şerif departamenti

Təəccüblü deyil ki,Vaynmanlar Qrossla görüşmək istədilər.Onlar Ketinin dəfnində görüşdülər.

-Sonra,iki həfdədən sonra o,bizə gəldi,iki saata yaxın bizimlə söhbət etdi və bütün suallarımıza cavab verdi,-Dayana sonradan belə danışırdı.-Bunun mənə çox köməyi oldu,axı onunda övladları vardı və o,mənim acımı anlayırdı.Çox səmimi və dürüst idi-və çox güclü də iman sahibi idi.Oçox şeyi dəyişdi.Dərdim çox böyük idi,içim göynəyirdi,lakin o,mənə eşitmək istədiyimi söyləyə bildi.

 
Müəllif: Karen Nordlinq Makkouenскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!