Hər bir mahnı sənə onu xatırladacaq

Hər bir mahnı sənə onu xatırladacaq
Sevgi Dünyası
10.09.2017 11
İlk öncə dost olarsız.. Sonra zarafatlaşarsız,birlikdə vaxt keçirdərsiz.. İkinizdə bir-birinizi çox istəyərsiz.. Amma sonra sən onu sevərsən.. O isə sadəcə səni çox istəyər.. Sən ona dünyalar qədər dəyər verərsən.. Amma o sənə dəyər verməz.. Hər gün,hər gecə onunla danışmadan ölərsən,için yanar.. Halbuki onun vecinə olmaz.. və beləcə sən yaşayarkən,öləcəksən.. Hər gün davam edəcək.. Artıq bezəcəksən qarşılıqsız sevməkdən.. Ona hisslərini demək istəyəcəksən,lakin onu itirməkdən qorxacaqsan.. İçin yanacaq,ürəyin param-parça olacaq.. Hər bir mahnı sənə onu xatırladacaq.. Hər yerdə onu görəcəksən.. Onu sevəcəksən,unuda bilməyəcəksən..Sevmək istəməsəndə,unutmaq bilməyəcəksən.. Qarşılıqsız sevgidən bezsəndə,sadəcə sevəcəksən.. İçin sızıldayacaq,içdə yansanda,sadəcə güləcəksən.. Süni gülüşlər.. Güləcəksən,buna məcbur olacaqsan!.. Sevgin uğrunda hər şeydən vaz geçə biləcək halda,onunçün dəyərsiz olacaqsan.. Bəlkədə,gün gələcək o sənə "sevdiyin"dən danışacaq..Lakin sən heç nə deməyəcəksən..Susacaqsan,buna məcbur olacaqsan..Sadəcə "o"nu dinləyəcəksən.. Hər gün təsəlli tapacaqsan.. etraf boşluq kimi gələcək sənə.. Onu görmədən dayana bilməyəcəksən.. Başqasının olsa belə,sadəcə onu görmək istəyəcəksən..Yenə hər gün əzab yaşayacaqsan.. Onu hər zaman sevəcəm, onu unuda bilməyəcəm deyəcəksən özünə.. Gün gələr bəlkədə unudarsan,necə unutduğunun fərqində belə olmazsan!.. Amma bil ki,qarşılıqsız sevirsənsə gün gələr onun yoxluğuna necə alışdığının fərqində belə olmazsan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!