Marqarit və Rutun hekayəsi

Marqarit və Rutun hekayəsi
Sevgi Dünyası
10.09.2017 8
1983-cü ilin yazında Marqaret Matrik fizioterapiya kursu keçmək
üçün yaşlı insanların cənub-şərq müstəqil yaşam mərkəzinə gəldi.Böyük
stajı olan tibb bacısı Milli Makxyu onu mərkəzin pasiyentlərinə təqdim
edərək o,Marqaretin pianoya necə kədərlə baxdığını gördü.
- Nə isə olub?-Milli soruşdu.
- Yox,hər şey yaxşıdır,-Marqaret tərzdə cavab verdi.-Sadəcə piano
xatirələr oyadır.Bu vəziyyətə düşməzdən əvvəl mənim bütün həyatım
musiqiylə bağlı olub.
 Milli Marqaretin sağ şikəst əlinə baxırdı və qaradərili bu qadının
musiqi kariyerasının əsas mərhələlərindən sakitcə danışmasına qulaq
asırdı.
 -Məni burda gözləyin,-birdən Milli dedi.-Bir dəqiqəyə qayıdıram.
O həqiqətəndə tez qayıtdı.Onunla birgə alçaqboy,sarışın,qalın linzalı eynəkdə bir qadın gəldi.Qadın əlil arabasında gəlmişdi.
-Marqaret Patrik,-Milli dedi,-Rut Ayzenberqlə tanış olun.
 Milli gülümsədi.
-O da pianoda çalırmış,amma iflicdən sonra çala bilmir.Xanım
Ayzenberqin sağ əli yaxşı işləmir,sizin isə sol əliniz,mən hiss edirəm
ki,siz ikiniz birlikdə inanılmaz bir şey yaradacaqsınız.
-Siz Şopenin re-bemol valsını çalmısız?-Rut soruşdu.
Marqaret başı ilə təsdiq etdi.
Hər ikisi pianonun arxasına oturdular.İki sağlam əl-biri uzun incə
qara,digəri isə ağ qısa koppuş barmaqlı əllər ebonit və fil sümüyündən
hazırlanmış dillər üzərində ahənglə pərvaz edirdi.Ogündən bəri onlar
dəfələrlə birlikdə pianonun arxasında oturmuşdular.Marqaretin şikəst sağ
əli Rutun belini qucaqlayır,Rutun hərəkətsiz sol əli isə Marqaretin
dizləri üzərində olurdu,Rutun sağlam əli melodiyanı çalır,Marqaretin
sağlam əli isə onu müşayiət edirdi.
 Onlar öz musiqiləri ilə televiziya tamaşaçılarını,kilsə və
məktəblərin,reabilitasiya və pensiya mərkəzlərinin dinləyicilərini
sevindirirdilər.Bu qadınları yalnız musiqi birləşdirmirdi.Onlar
Şopen,Bax və Bethovendən başladılar,sonra məlum oldu ki,ümumi cəhətləri
çoxdur:hər ikisi dul və yaxşı nənə idi (Marqaretin əri 1985-ci ildə
ölmüşdü),hər ikisi oğlunu itirmişdi,hər ikisi insanlara çox şey verə
bilərdi-lakin birlikdə,bir yerdə.Marqaretlə  piano arxasında bir stulda
oturarkən Rut Marqaretin sözlərini eşitdi:"Musiqini əlimdən
aldılar,lakin Allah mənə Rutu verdi".Görün ki,Marqaretin inamı Rutada
təsir etdi-onlar son beş ili birlikdə çalırdılar,indi isə Rut
deyir:"İlahi möcüzə göstərdi və biz qarşılaşdıq".
 Bu da Rut və Marqaretin hekayəsi-indi onlar özlərini "Ebonit və Fil sümüyü" adlandırırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!