Böyük ayaq - böyük ürək

Böyük ayaq - böyük ürək
Sevgi Dünyası
10.09.2017 7
Mövsümə uyğun olmayan isti bir gün idi.İnsanlar günəşin yandırıcı şualarından qorunmaq üçün nə isə bir sığınacaq axtarırdılar.Dondurma pavilyonuna baxanda adamda istər istəməz dincəlmək istəyi yaranırdı.
 Pavilyona əlində pulu bərk-bərk tutmuş balaca bir qızcığaz daxil oldu.O,bir şey söyləməyə macal tapmamış,satıcı ona pavilyondan çıxmağı,qapı üzərində ki,lövhəni oxumağı və ayağında ayaqqabı olmayanadəkdükana girməməyi söylədi.Qızcığaz yavaş-yavaş pavilyonu tərk etdi,onun arxasınca isə ucaboylu kişi çıxdı.
 O gördü ki,qız girişdə dayanıb lövhəni oxuyur:
<<Ayaqyalın girmək olmaz>>.Balaca qızcığazın yanaqlarından yaş axmağa başladı və o,dükandan uzaqlaşdı.Yalnız bu zaman uca boylu yad kişi qızı səslədi.Qanovun kənarına əyləşərək qırx iki ölçüdə olan ayaqqabılarını çıxardı və dedi:
-Al götür bunlarla gəzə bilməzsən,lakin əgər sakitcə dükana girsən,bəlkədə dondurma ala bilərsən.
O,qızcığazı qaldırıb öz ayaqqabılarının içinə qoydu.Sonra da dilləndi:
-Tələsmə.Mən bu gün piyada çox gəzmişəm,indi böyük məmnuniyyətlə burada əyləşib bir az dincələrəm və ləzzətlə dondurma dadaram.
Qızcığaz sezilmədən piştaxtaya yaxınlaşıb dondurma sifariş verəndə onun gözlərinin şöləsini görməmək mümkün deyildi.
Hə,o,ucaboy,iri bir adam idi.Onun böyük qarnı,böyük pəncələri,lakin ən əsası böyük ürəyi vardı.
 
Brayan Kavanonun <<Səpinçinin toxumaları>> kitabındanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!