Hər şey göründüyü kimi olmur bəzən

Hər şey göründüyü kimi olmur bəzən
Sevgi Dünyası
10.09.2017 4
Rəvayətə görə, bir qəssab varmış. Bir gün qəssab axşam evinə qayıdanda
görmüş ki, masa üzərinə qoyduğu qatığı yerə tökülmüş. Elə bu zaman o,
qonşunun itini ağzı qatığa bulaşmış çəpərin o tayında durduğunu görüb,
tez qonşusunu xəbərdar etmək üçün onu səsləmiş və:
- Sənin itin mənim qatığıma toxunduğu üçün artıq qatığı murdarlayıb və mənim bu gün ac qalacağıma s...əbəb olub,- demiş. Qonşu:
- Siz səhv düşünürsünüz, mənim itim sizin qatığa toxunmuş ola
bilməz, çünki onun çəpərin o biri tayına keçməsi mümkün deyil. Bu bir
təsadüfdür, sənin qatığın tökülmüş və mənim itim ağzı qatıqlı...
Qəssab inadından dönməmiş və məsələni aydınlaşdırmaq üçün qazının yanına getmiş. Qazı ona :
– Qonşun haqlı ola bilər, axı köpək uca bir hasardan necə keçsin,
görüntüyə aldanaraq qonşuna haqsızlıq etmə, demiş. Lakin, qəssab yenə də
inadkarlıq göstərmiş və qonşusunun günahkar çıxarılmasına nail olmuş. 
Bu hadisədən xeyli keçmiş bir gün qəssab təzəcə bir inək kəsmiş əli
və üstü qana bulaşdığı üçün yuyunub- təmizlənmək niyyətilə bulağa
getmiş. O, bulağa çatanda bulağın altına bir adam öldürülüb atıldığını
görmüş. Bir anın içində hər kəs onun başına yığışmış və "qatil” deyə
bağırmağa başlamışlar. Qəssab:
- Mən qatil deyiləm, sizlər səhv anlayırsınız bu bir təsadüfdür, - deyə çığırmağa başlamış.
Lakin, heç kəs ona inanmamış və cinayət başında yaxalanmış bir
qatil kimi qazının yanına aparmışlar. Məsələdən agah olan qazı, özünün
haqlı olmasını sübut etməyə çalışan bu kişiyə:
- Sən qonşunun itini sənin qatığına toxunmuş olduğunu və bunun üçün
də qonşunun günahkar olduğunu deyəndə mən sənə, görüntüyə aldanma
demişdim. Sən isə inadla belə bir təsadüf ola bilməz dedin. İndi də eyni
vəziyyətdi, mən insanları sənin günahsız olduğuna necə inandırım?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!