Xəyanətin səbəbləri

Xəyanətin səbəbləri
Sevgi Dünyası
10.09.2017 9
Ər öz xanımını nə qədər sevsə belə, zamanla qadının xarici görünüşündə və davranışındakı dəyişikliklər onun diqqətindən kənarda qalmır. Belə ki, ailə həyatı qurmuş əksər qadınlar illər keçdikcə özlərinə qulluq etməyi bir o qədər vacib hesab etmir. Qadınlar belə hesab edirlər ki, əgər ər varsa, bununla hər şey bitdi. O artıq heç hara getməyəcək.

Qadınlar kişi psixologiyasına məxsus bir neçə əsas məqamı bilməlidirlər. Belə ki, ən vəfalı və sevən kişi ilk olaraq gözləri ilə sevir. İşdə və gündəlik həyatda onu baxımlı qadınlar əhatə edir. Onlara diqqət yetirməmək isə kişi psixologiyasına yaddır. Tez və ya gec onlardan hər hansı birinə adi kişi marağı yaranır. Sonra isə təsadüflər baş verə bilər: iş yoldaşları ilə qonaqlıq, yaxın dost və rəfiqələrlə yığıncaq və.s. Bütün bunlar artıq cəlbedici olmayan həyat yoldaşını unutdura bilər.

Lakin heç də hər şey qadından asılı deyil. Potensial olaraq bütün kişilər uyğun zaman baş verdikdə xəyanətə meyillidir. Əgər kişi ömrünün sonuna kimi vəfalıdırsa, bu ya anormallıqdır, ya da sadəcə olaraq həmin qadının bəxti gətirib.

Kişilər - ilk olaraq bioloji, daha sonra sosialoji varlıqdırlar. Bəzən kişilər qadınları özlərinə cəlb edirlər. Çünki hər bir kişi onun cəlbedici baxışlarına vurulan qadınlardan sadəcə zövq alır.

Əksər kişilər heç də qadınlardan geri qalmayaraq gözəl geyinməyi, bahalı parfümeriyadan istifadə etməyi, ümumiyyətlə hər tərəfli özünə baxmağı çox sevir. Bununla da, qadın diqqətini özlərinə cəlb edir, daha sonra imtina edə bilmirlər.

Nəyə görə cəmiyyət kişi xəyanətinə bu qədər səthi yanaşır? Qadın xəyanəti isə hər zaman qəbul edilməzdir. Burada məsələ, ictimai psixologiyadadır. Qadın qədim zamanlardan ailənin qoruyucusudur və anadır. Buna görə də şəxsi həyatla məşğul olmağa icazə verilmirdi. Kişinin isə cəmiyyətdə tutduğu rol fərqlidir. Ona görə də bəzi hallarda qadınlar bu fikrə dözümlülük nümayiş etdirir. Həmçinin kişi və qadın psixologiyasındakı fərqlər də burada özünü göstərir. Kənarda hər hansı qanunsuz əlaqənin olması bəzən kişi üçün namus məsələsidir, desək yanılmarıq. Çünki dostlar arasında bu, kişi qüruru kimi qəbul olunur...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!