Sevgi xoşbəxtliyin və bütövlüyün başlanğıcıdır.

Sevgi xoşbəxtliyin və bütövlüyün başlanğıcıdır.
Sevgi Dünyası
10.09.2017 28
Hər kəsin içində səbirli bir toxum kimi öz qozasında gizlənən bir sevgi yatar. [/b]
Bəzilərimiz bundan xəbərdar bəzilərimiz isə yox.
Bir gün bir günəş parlayar, bir yağış yağar və toxumun çatlayıb çiçəklər açdığını, ruhumuzun rəngarəng bir ağac kimi küləklərlə rəqs etdiyini görərik.
Bu sevgi çiçəyimizi var gücümüzlə sevgi, hörmət, qayğı ilə bəsləyib böyütməyə çalışarıq. Bir çiçəyin gözəlliyi belə bizə hər şeyi gözəl görməyimizə bəs edər.

Sonra …

O küləklərlə rəqs edən çiçəklər, bəzən mənasız kaprizlərlə, səhv başa düşülmələrlə, kobud rəftar və insan nəfsinin daha çox istəyi ilə insan ruhuna tökülər və bu dəfə əzabın toxumları olar sevginin çiçəkləri.

Bu çiçəklər böyüyüb, içimizi yandırıb qovurar. Həyəcan, qorxu, qərarsızlıq, cəsarət, əzab, qəzəb, kədər, mərhəmət, şiddət düşər bir anda dünyamıza.

Ayrılıq sanki bir zəlzələ kimi düşər bağçamıza.
Bir zamanlar sahib olduğumuz ən saf hisslərlə bəslədiyimiz sevgiyə lənət edər, unutmağa çalışar, ağrını öldürə bilmək üçün sevgini də öldürməyə çalışarıq. Bəzən bacarırıq bəzən isə yox.
Və "unutduqca bir şeylər əksilər içimizdən". Əzabdan qurtulmaq üçün bəzən əskilməyə belə razı olarıq.

Amma ...

Vaxt keçdikcə, həyatın geniş bir bağça olduğunu, yalnız sevincin ya da yalnız əzabın çiçəklərini deyil, qaçınılmaz olaraq hamısını birdən içində saxladığını, çiçəklərin bir qismindən imtina etməyin bütünlüklə bağçadan imtina etmək olduğunu başa düşər, bağçanı tamamilə sevərik…
  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!