Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 45)

Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 45)
Sevgi Dünyası
10.09.2017 8
İkinci dəftər

45




Anamgildəki öz köhnə otağımda əvvəlki səliqəmi bərpa eləmişəm. Bir qədər
darısqallıq da olsa, çarpayımı, yazı stolumu öz yerinə qoymuşam.
Gündüzlər balkona açılan pəncərədən baxanda, ilk növbədə, məhəccərin
dəmir şəbəkələri arxasında ucalan, üstünə noğul-noğul çəhrayı çiçəklər
səpələnmiş yasəmən ağacı, uzaqda isə, sanki mavi səmada rəsm edilmiş
qədim Şərq üslublu mənzərə görünür. Şəhərin amfiteatr qaydasında
cərgələnən yöndəmsiz binaları fonunda qonşu məscidin günbəzi, minarəsi
dikəlir. Gecələr göylər lacivərd rəngə boyanır, ay doğur, yasəmən
ağacının çiçəkləri ulduzlara çevrilir. Pəncərəm güya divardan asılmış
bir şəkil çərçivəsidir ki, təbiət ona özünün ecazkar boyalarla işlənmiş
gözəl rəsmlərini salır: evdə tək darıxmamaq üçün onları mən göstərir.
Atamın xasiyyəti yaman dəyişib; söhbətcil, deyib-gülən olub. Hər həftə
məni uşaq təki yanına salıb gəzməyə, kino, teatr tamaşalarına aparır.
Anam pərvanə kimi başıma dolanır. Qohumlarımız tez-tez bizə gəlirlər.
Əmim arvadı, dayıdostum, hərdən gecəyədək oturub laqqırtı vururlar.
Bilirlər ki, ürəyim sınıqdır. Hamısı ona görədir. Məni xiffət etməyə
qoymurlar. Bağdan köçəni Qönçəbəyim də bir-iki yol anama baş çəkib.
Keçən dəfə mənə yenə "göyçək balam” dedi. Doğma bir qayğıkeşliklə
maraqlandı:

—Eşitdim institutu dəyişirsən, göyçək balam, doğrudurmu?

—Bəli, Qönçəbəyim xala.

Ancaq onunla göz-gözə durmaqdan sıxıldım, üzünə yox, yerə baxdım. Çoxdandı görməmişdim, birçəkləri ağarmışdı arvadın.

Bu səhər qəribə bir hiss keçirdim. Ad günümdə Eminin mənə bağışladığı
oyuncaq meymunu yazı stolumun dolabçasında gördüm. O vaxt evdən köçəndə
özüm qoymuşdum. Götürüb oynatdım, sonra divardan, qabaqkı yerindən
asdım. Ancaq… elə bildim ki, bunun üçün onun özündən icazə almalıydım.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!