Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 42)

Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 42)
Sevgi Dünyası
10.09.2017 24
İkinci dəftər
42

Yerin də qulağı var—doğru deyiblərmiş! Mənimlə bir kursda oxuyan
qızlardan üçü imtahandan çıxıb bağımıza gəlmişdi; Dəryadan ayrıldığımı
eşitmişdilər. Anam eyvanda bizim üçün stol açdı. Üzüm, pendir, çörək
gətirdi. Yüngülcə nahar edib, dənizə çimməyə getdik. Mən bağda olduğum
müddətdə hələ sahilə enməmişdim. Göy qübbəsinin zirvəsinə dikəlmiş
günəşin iti şüaları adamın bədəninə acı tikan kimi sancılırdı. Qum
yamanca qızmışdı. Yalın ayaqlarımızı yandırırdı. Göz qamaşdırıcı Xəzər
öz vadisində civə dənizinə oxşayırdı. Sular, yatağında sakit və
hərəkətsiz idi. Təkəm-seyrək qağayılar uçurdu ənginliklərdə. Şəhər sanki
dənizə axışmışdı. Soyunmağa münasib yer tapmaq çətindi. Biz
qələbəlikdən uzaqlaşıb, çimərliyin qurtaracağındakı boz qayaların
kölgəsinə çəkildik. Qızlar çimməyə hazır gəlmişdilər. Daha gözləmədilər.
Əlüstü paltarlarını çıxardaraq suya baş vurdular. Mən də dallarınca
cumdum. Əndamım islancaq canıma sərinlik qarışıq xoş bir rahatlıq
süzüldü. Elə zənn etdim ki, çoxdan bəri qəlbimi çulğayan kədər, ağırlıq
fövrən əriyib Xəzərə axdı və mən xeyli yüngülləşdim... Evə axşam
sərinliyində qayıtdıq. Anam plov bişirmişdi. Bunu həyətə girəndə, ocaq
üstdə buğlanan qazanın dadlı qoxusundan duyduq.
—Qızlar, yuxarı qalxın, xörəyimizi orda yeyəcəyik,—deyə atam təzəcə
düzəldib qurtardığı külafirəngini nümayişkaranə bir tərzdə bizə
göstərdi. Rəfiqələrim gedənədək hər şeydən danışdılar. Təkcə Dəryadan
söhbət salmadılar. Bu daha yaxşı növ təsəlli idi. Bir onu bildim ki,
məsələni Fəzilədən öyrəniblər. Hər halda qızların gəlişi məni az
sevindirməmişdi. O gecə eyvanda qatlama çarpayıda uzanıb gözlərimi
ulduzlara zilləyərək hey fikirləşirdim; ürəkləri fərəhləndirən də
insanlardır, kədərləndirən də insanlar… Quran da, dağıdan da
onlardır—insanlar. İnsanlar!.. İnsanlar!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!