Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 39)

Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 39)
Sevgi Dünyası
10.09.2017 18
İkinci dəftər
39

Qərarım qəti idi! Ertədən şeylərimi çamadanlara yığışdırıb hazırlaşdım.
Göydən fələk də ensəydi, məni fikrimdən döndərə bilməyəcəkdi.
Kağız-qələm götürüb, stolun dalına keçdim. Hirsimdən dodaqlarımı
çeynəyirdim. "Vicdansız!!—deyə ona belə müraciətlə yazmağa
başladım.—Səni mən dərya sanırdım. Yaxınlaşmışdım, könlümü sərinlətmək
arzusu ilə. Ümidim, niyyətim boşa çıxdı. Aldandım! Demə, gözümə o cür
görünürmüşsən. Əslində sən dərya deyil, səhra imişsən! Üstündə ilğım
titrəyən susuz, quru bir səhra. "Əzizin, istəklin” Nərminəyə yazıb,
səhvən mənə göndərdiyin məktubdan hər şey aydın oldu. Öz ləyaqətimi
qorumaq üçün ayrı yol tapmadım… Əlvida!”
İmza atmağa əlim varmadı. Kağızı aparıb göz qabağında qoydum.
Çamadanlarımı götürdüm, evdən çıxmaq istəyəndə küncdəki maqnitafonu
görcək ayaq saxladım. Toy gecəsini andım. Orada deyilənləri xatırladım.
Könülsüz yaxınlaşıb maqnitafonu qurdum. Hərləncəklər fırlandı. Mirzə
Muxtar dilləndi:
"Əziz, hörmətli, mehriban dostlar, qonaqlar və qohumlar!.. Soruşsalar,
biz bu geniş səadət sarayına neyçün toplaşmışıq, səbəbi nədir? Mən
deyərdim ki: Körpü salmağa. Bəli! Gülməyin yoldaşlar, sözümün canı
var...”
Elə bil o gecə röya idi: mən qu quşu kimi ağ gəlinlik paltarında, Dərya
qara kostyumda, böyük stolun başında əyləşmişdik… Hərdən bir-birimizi
gözaltı süzüb fərəhlə gülümsünürdük... Mirzə Muxtarın səsi otağı başına
götürmüşdü: "...Sual etsələr, əcaba, bu körpü hansı növ materialdan inşa
olunur—daşdan, torpaqdan, dəmirdən, betondan, kərpicdən, palçıqdan? Mən
deyərdim ki: Məhəbbətdən?..”
—Yalandır!—dayandırdım maqnitafonu.—Mənsə deyərdim: Xəyanətdən!
Hikkəmdən pozdum lentdə nə yazılmışdı hamısını. Sonra, bayaq tələsik
qaraladığım kağızı götürdüm; bu evdə özümdən heç bir nişanə qoymaq
istəmirdim—onu da param-parça cırıb atdım. Dəryanın Nərminəyə göndərdiyi
məktubu da zərfə saldım, ağzını yüngülcə yapışqanladım, yenə köhnə
qəzetlərin arasına dürtüb, qapıdakı poçt qutusuna buraxdım. Barmağımdakı
üzüyü isə çoxdan çıxarmışdım. Dörd ay əvvəl sevinə-sevinə qapısından
girdiyim evi qüssə-kədər içərisində tərk etdim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!