Telma

Telma
Sevgi Dünyası
10.09.2017 10
Telmanın yetmiş beş yaşı olmasına baxmayaraq,o,çox gümrah və həyatsevər idi.Əri öləndən uşaqları onu qocalar evində qalmağı məsləhət gördülər.
Ünsiyyətçil və gülərüz Telma bununla razılaşır.
Tezliklə Telma orada liderə çevrilir və qocalar evinin tədbirlərini idarə etməyə başlayır.Onun şöhrəti getdikcə artır və çoxlu dostlar qazanır.
Telmanın səksən yaşı münasibətilə yeni dostları hörmət və ehtiram əlaməti olaraq  onun üçün sürpriz əyləncə təşkil edirlər.Telma nahar etmək üçün yeməkxanaya düşəndə hər kəs ayağa qalxıb onu gurultulu alqışlarla qarşıladı,təşkilatçılardan biri isə onu fəxri qonaq kürsüsünə apardı.Hamı gülüb,danışıb,əylənirdi,amma Telma bütün gecəni stolun digər başında oturan centilmendən çəkə bilmirdi.Şənlik başa çatan kimi o,ayağa qalxıb həmən centilmenin yanına tələsdi.
-Bağışlayın,-Telma dedi.-Bütün gecə boyu sizə baxdığıma görə özünüzü narahat hiss etdinizsə,üzr istəyirəm.Mən sadəcə özümlə bacara bilmədim.Bilirsinizmi,siz mənim beşinci ərimə çox oxşayırsınız.
-Beşinci ər!-kişi təkrar etdi.-Sualıma görə üzr istəyirəm,sizin neçə əriniz var ki?
-Dörd,-Telma təbəssümlə cavab verdi.
Tezliklə onlar evləndilər.
 
Müəllif: Şari Smitскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!