Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 31)

Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 31)
Sevgi Dünyası
10.09.2017 33
İkinci dəftər
31

Anam vaxtaşırı məni başa çıxırdı. Atam isə gec-gec görünürdü. Mənim də
hər bazar günü getməyə əlim çatmırdı. Kişi şikayətlənirdi: "Sənsiz yaman
qəribsilənirəm. Evimizin ləzzətini özünlə apardın. Barı sən gəl, atana
dəy, işinin adı nədir...”
Təsirlənirdim. Gileylənməyə əsasım olsa da, deməyə çəkinirdim. Dəryanın
qonaqlarının sayı getdikcə çoxalırdı. Onlara çay-çörək verməkdən
yorulurdum. Gecəyədək içirdilər, danışırdılar, gülürdülər. Dərslərimi
öyrənməyə imkan tapmırdım. Özü də bilirdi, qiymətlərim enmişdi, bais o
idi. Səhər aynaya baxanda sezdim, sifətim dəyirmiliyini itirmişdi.
Gözlərim elə bil iriləşmişdi. Sınıxmışdım, ondandı. Neçə gün idi,
iştahım küsmüşdü. Anamsa bunu ayrı yerə yozurdu. Hətta bir qədər
sevinirdi də. Keçən dəfə bazarlıq eləməyə o getmişdi. Mənim
tapşırdıqlarımdan savayı bir parça lavaşana da alıb gətirmişdi... "Arvad
gör nə fikirləşir. İndidən institutu, dərsi bir körpəyə qurban eləmək
ağılsızlıq olmazdımı? Dərya demişkən, "Mən özüm bu evdə elə uşaq kimi
bir şeyəm.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!