Tək öyrəndiyim sevgi (1-ci bölüm)

Tək öyrəndiyim sevgi (1-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 19
Saat 07:00

-Uff yenə səhər tezdən oyan,dərsə get nə qədər də yorucu həyatım varee

-Az mızıldan tez yeməyini ye yollan məktəbə ilk günnən gecikəcəysən

-Eee ana bəsdidə xəstəlik də hissə hissə gəlir öyrəşərəmdəə buna da

-yaxşı yaxşı dur vaxtdı

-uff anaa

Salam.mənim adım Murad.boyum və fiquram qızdarı heyran edəcək vəziyyətdə olsa da heç bir qızda sevgi görmürəm.hətta heç evlənməyəcəyimi də düşünürəm bəzən.mənim üçün əsas olan musiqi və idman cütlüyüdür.ailədə sadəcə mən və anam var.atamı isə mən uşaq olanda itirmişəm.mən 10-cu sinif şagirdiyəm.həyatda sevmədiyim 3 şey varsa məktəb,sentyabr ayının 15-i və birinci günlərdir.yəni məktəbi heç sevmirəm və sadəcə vaxt itkisi kimi görürəm.ama getməyə məcburam.

Saat 08:00

Artıq dərslər başladı.və ilk dərs də canlı kabus adı ilə tanıdığımız Tahir müəllimin dərsidir.Riyaziyyat.elə ki ondan adını soruşsan rəqəmlərlə cavab verər.onun dərsində isə gözünün içinə baxmaqdan başqa şansın olmur.Saat 18:15

Və ilk dərs olmağına baxmayaraq artıq başımın üstündə rəqəmlər uçur və ürəyim son dərəcə sıxılır.

Ama bir anda başımın üstündəki rəqəmlər itir.səssizlik pozulur və içəri direktor ilə birlikdə bir qız daxil olur.

-uşaqlar bu sizin yeni sinif yoldaşınız Leyladır.bundan sonra o sizə yeni bir dost,yeni bir bacı olacaq.onu da özünüzə oxşatmasaz yaxşı olar.

Bizim sinifdəki uşaqlar tərbiyyəsiz olmasalar da müəllimlər elə düşünür.çünki edilmiş heç bir şeyi yerdə qoymurlar.qarşılığı olmalıdır.

Mən bu qıza da həmişəki kimi gözücü baxıb müəllimin sözünə qarşılıq olaraq yanımda oturan dostum Turalın qulağına:

-bu qızlar gələndə necədə sadə görünürlər.bir həftədən sonra bunu görərsən

Digər hərkəs çıxdı və müəllim ilə tanışlıqdan sonra Leyla da ilk gördüyü yəni mənlə paralel digər sırada oturdu.

Ama bu qız deyəsən digərlərindən fərqli idi.qoxusunu içimə çəkdikdə bunu hiss etdim.qəribə idi ama ilk dəfə bir qız digərlərindən fərqli görünürdü.uzun,qara ipək kimi saçları,açıq mavı gözləri,və əvəzolunmaz gözəl dodaqları deyəsən maqnit kimi məni özünə çəkirdi.mən tez tez ona baxır və bir şey anlamağa çalışırdım.axı nə idi bu?axı nə?

Sevgi necə də tez gəldi yetişdi?!

Bilməzdim sevgi belə bir dərd imiş

Bir dərdə düşdümki bilməm nə işdi?!

Anladım hər sevən əsl mərd imiş

bəlkədə mən onu çox sevmişdim ama xəbərsiz idim.və biraz sonra zəng səsi gəldi və çölə çıxdıq.artıq qızlar Leyla ilə zarafatlaşmağa başlamışdıla.və görünürdüki daha əvvəl daha dəbdəbəli həyat keçirmiş(geyimindən bilinirdi) vəziyyətdən heç də razı deyildi

Mən hər zamankindən fərqli olaraq bu gün sanki daha sakit idim və Tural mənim qulağımın dibində qışqırıb məni ayıldana qədər bunu anlamamışdım

-heey yaraşığ deyəsən aşiq olub

-axmaqlama.mən hara sevgi hara?!sevgi oyundu başa düşəcəysiz.deyərək durub uzaqlaşdım.bəlkə elə özüm də bu oyunun ortasında qalmışdım ama heç özümü inandırmaq istəmirdim.

Artıq 6-cl dərs saatı idi.mən ac və yorğun vəziyyətdə özüm də bilmədən Leylaya baxaraq xəyala dalmışdım.bəli və birdən o gözlərdə öz yansımamı hoss edə bildim.bəlkə də oıar hə Murad?bu bəlkə də sevgidir deyə bir daha düşündüm.artıq onu sevdiyimə əmin idim.ilk gündən yaşadığım bu məcəra doğurdan da məni məndən almışdı.ilk dəfə məktəbdən gəldikdə yemək yemədən otağıma keçmiş və gitar'ımda sevgi musiqiləri ifa etməyə başlamışdım.sanki xəyallarım üçün serenada oxuyurdum

-oğlum çölə çıx yeməyini soyutma deyə qapı arxasından anam dilləndi

-Ürəyim istəmir ana siz yeyin

Özün bilərsən amma sonra acam demə

Məktəbdə olan aclığım sanki bitmişdi o baxışla.

Artıq saat 18:00 idi.mən evdə darıxdığımdan çölə,bir az hava almağa çıxmışdım.bir az tək gəzdim.bundan yorulub idman yoldaşım Əli'ni çağırmaq üçün məhlələrinə getdim.getməz olaydım.qarşımda gördüyüm mənzərə bir anda sanki məni məndən aldı.

Bir gənc və enlikürək oğlan Leyla ilə mübahisə edirdi.hətta əlbəyaxa idilər belə demək olardı buna.Bu anda mən özemü ora yetirdim və hadisəni öyrənməyə çalışdım.oğlan məni sinəmdən itələyərək "ged işinnən məşqul ol"dedi.oğlan bizdən 2,3 il böyük olardı ama mən bunu düşünmədən oğlana hücum çəkdim.bir yumruq vurub yerə yıxdım və

-bu qızdan uzaq dur sənə heç yaxşı olmaz

-sən kimi kimin yanından qovursan?sən kimsən?deyib o da mənə bir yumruq ilişdirdi.sanki yumruq söz haqqıdır kimi yumruqlaşaraq sözümüzü deyirdik

-mən onun qoruyucusuyam deyib ona birin vurdum

Burda üzü qızarmış və mübahisələrdən yorulmuş,solğun bir ifadə ilə yerində donub qalan Leylaya dönən gənc

-deməli buna görə hə?deyə bildi sadəcə

Qıraqda olan mühavizə işçiləri bizi ayırıb bölməyə apardılar.heç bilmirəm nəyə görə bu qarışıqlığın ortasına düşmüşdüm ama səhv etdiyimi də düşünmürdüm

Artıq Leylanın vəzifəli adama oxşayan atası da burada idi

O,mən,Leyla,digər oğlan və polis zabiti də burada idi.

-günah kimdədir?dedi zabit və bu anda sanki mənim işığım sönmüşdü.Leyla məni göstərərək "bu oğlandadır"dedi.özümü sanki xəyanət edilmiş kimi hiss edirdim və gözlərim Leylanın sulu və yerə dikilmiş gözlərinə baxırdı.hələ tam tanımadığım biri üçün niyə bunu etdin Murad deyərək beynim sanki məni danlayırdı.ama ürəyim yenə də sevirdi.artıq ona həm də nifrət edirdim.



Müəllif: ŞERBAZскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!