Tək öyrəndiyim sevgi (5-ci bölüm)

Tək öyrəndiyim sevgi (5-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 10
gəl bir birimizi elə sevəkki

qısqansın eşq bizi,paxıllar bizi

biri var,biri yox eyləməyəkki

hətta anlamasın nağıllar bizi



gəl biz bu sevgini yazaq romana

yazaq heç kəs bizi unutmasın qoy

baxmayaq sevgidə çənə,dumana

buludlar,səmalar da ağlasın qoy



kim bizi qısqanır,burax qısqansın

sən elə özün ol,gözəl ol,şən ol

biz heç ayrılmayaq,sanki kağızın

bir üzü mən olum,bir üzü sən ol



Gördüklərim qarşısında yenə Leylaya qarşı əvvəlki hisslər oyanmışdı.tək fərq indi onu sevir olmağım idi.etdiklərinə baxmayaraq hələ də sevirdim.Əli mənə qəribə baxışlar ilə baxaraq

-Yaxşısan Murad?

dərindən bir nəfəs alıb güclə də olsa

-Yaxşıyam

deyə bildim.axı mən heç də yaxşı deyildim.Sevdiyim qız başqası ilə idi.həmdə əl ələ,göz gözə.

-Yaxşı Murad mən gedim daha.inşaAllah işiniz yaxşı olacaq.

Mən də gözlərimi Leyladan qaçırıb

-Yaxşı hələlik deyib məhəllənin digər çıxışından çıxdım.başqasının baxdığı o gözlər mənə baxsın istəmirdim.ya da üzündəki o gülüşü itməsin deyə etmişdim.başqasına belə olsa.özüm belə bilmirdim səbəbini.ama ondan tez zamanda uzaqlaşmaq istəyirdim.

məhəllədən çıxdıqdan sonra əvvəlki evimizə doğru yol aldım.ilk dəfə idi ki doğma olan,böyüdüyüm o evə başqa birisi olaraq gedirdim.evin darvazasına çatanda isə üzümə axır ki bir gülümsəmə qondu.hətta özümü tuta bilməyib bir qəh-qəhə çəkdim.Tural sünnət uşağı geyimində darvazanın qabağında oturub məni gözlüyürdü.

Parıldayan saçları,şəmi müəllim kimi geyindiyi kostyumu və həyəcanda sifətində yaranan o ifadə görən heç bir kəsi güldürməyə bilməzdi.

-Nə olubee Murad?

-bu nə geyimdi?niyə bəy kimi geyinibsən?gülərək deyirdim

-nə var?gülmə

- . . .

-Gülməə.səni gözdüyürəm gəl girək.gecikəcəyiy yoxsa.qaşqabağlı şəkildə dedi.Deyəsən heç mənə hesab vermək fikrində deyildi

-bəs gül,şokalad hanı?

-Murad!!! indi daha yüksək səs tonuyla deyib içəri keçdi

mən də güc bəlaynan özümü toplayıb içəri keçdim.Artıq onlar da əşyaları evə yerləşdirməklə məşqul idilər.Ailənin başçısı (adı Akif idi) bizi görüb əlindəki yeşiyi yerə qoyub gülümsəmə ilə yanımıza gəldi

-Salam Murad.dostundu?

-hə.Bu Tural

Turalın artıq soyuq tərlədiyini hiss edirdim.Utancaq bir şəkildə Akif müəllimə əl uzatdı.onlar görüşdükdən sonra çardağa keçdik.

-hə uşaqlar nəsə içmək istiyirsiz?

mən

-çox sağolun biz sus . . .

-mənə bir su

Yazıq Tural elə bir vəziyyətdə idiki inanmıram indi onu bir su soyuda biləydi.hətta qızın atasıyla danışa danışa da gözü qızda idi.Akif getdikdən sonra bizim saf əməlli başdı əridi öz üstündə.dirsəklərini stol üstə qoyub başını yasladı

-Murad bu çox gözəldi.naşı aşiqlər kimi dedi

mən də əlimi onun boynuna atıb yavaş bir tərzdə

-sən aşiq oldun?

-həə. iç çəkərək dedi

bu dəfə yenə eyni tonda ama başqa tərzdə.boğazını daha da sıxaraq

-Öz sevgivi özüvə saxla.yoxsa sevgi səni belə sıxar.və axırda da öldürər.Bşa sala bildimmi dostum?dişlərimi qıcayaraq deyirdim.

tez özünü toplayıb axmaq bir ifadə ilə gülərək

-haha haha zarafat edirdimdə.zarafat edirdimdə.nə sevmək yox elə şey olar?

Akif də gələndən sonra söhbətə başladıq.bir azsonra isə hər şeyi qaydasına salıb ordan ayrıldıq.gedə gedə Turalıb gözləri isə arxanı gəzirdi

-bəsdidə Tural adha qabağa dönsən yaxşı olar.indi bir maşın səni asvalta yapışdıracaq görəcəysən sevgini

-eee

deyib tez qabağa döndü.

-Bəlkə biraz gəzək?həm havamız dəyişər hə?

-necə istiyirsən.dedi və getməyə başladıq.gəlib dəniz mənzərəli bir parka çıxdıq.dənizə baxan bir skamyada oturduq.Tural bir müddət dənizə baxıb düşüncəli tərzdə:

-Murad səncə o da məni sevmiş ola bilər?

-ola bilər. səncə?

-məncə yox.axı niyə də sevsin.aşiq edim deyə özümü klouna oxşatmışam baxda.görmədin bayaq mənə baxıb necə gülürdü

-boş ver sevdiyinnən olar o gülüş.həm necə deyirlər?qızlar onları güldürən oğlanları sevərlərmiş

-sevə bilər səncə?

-hə niyə də sevməsin.Gül kimi oğlansan.Hələ bir də o da səni kimi çox danışan oldu sevgi hazırdı demək olar.gülərək əlimi çiyninə vurdum.

-bəs səndə nəvar nəyox?

-məni boş ver.Həmişəki kimi yenə də yanılmışam.o Vüqarı sevir.yalançı çoban.əllərimi çarpazlaşdıraraq küsmüş uşaqlar kimi dedim

-Niyə Murad?elə düşünmə.sən onu Elvinnən ayıranda onun gülümsəməsini və sənə baxışını mən gördüm.o gözlərdə sevgi var idi

-doğurdan deyirsən?şübhəli baxışlarla

-Təbii ki Muro.o səni sevir

Baxış söhbətindən sonra sanki içimdə bir günəş doğdu.yeni bir ümid

-nə oldu?gülümsəməyə başladın öz-özünə)

-heç

indi daha rahat idim.bəlkə də mənim əvvəldən dostu sevgiliyə dəyişməyimin səbəbi bu idi.dostlar həmişə ən çətin anlarda səninlə olur.Tural söhbəti dəyişib

-hə yaxşı yadıma düşdü bir iş tapdım.ama sənə uyğundurmu bilmirəm

-nə iş?

-ofissiant.sahildəki böyük restoranda iş elanını gördüm

-çox sağol Tural.bu xəbəri səhərdən versən daha gözəl olardı ama yenə də sağol.

-istiyirsən gedib baxaq hə?

-gedəkdə nə deyirəmki.

sevincək ordan durub restorana tərəf getdik.bura şəhərin ən böyük restoranlarından biri idi.bizi qapıda restoranın adminstratoru qarşıladı və restoran sahibi burda olmadığı üçün məni biraz yoxlamağa qərar verdi.ama bu bu gün ola bilməzdi.çünki artıq saat 19:00 idi.Ama razılaşmamıza görə bu gündən mən buranın işçisi idim və restoran sahibi demədikcə burdan ayrıla bilməzdim.mən isə bunlara baxmadan qəbul etdim.ama başıma necə böyük dərd aldığımı bilmirdim.bəlkə də bu hərkəs üçün kiçik amma mənim həyatım üçün böyük addım idi . . .Artıq sabah idi.bu gün dərs də yox idi 6-cı gün olduğu üçün.buna görə də ilk iş restorana üz tutdum.və budur.günün ilk sürprizi.Vüqarın nəni az qalsın əzəcək olan maşını da restoranın qabağında idi.yəqin ki sevgilisiynən gəlib deyə düşüncələr içərisində restorana daxil oldum.yenə də məni adminstrator qarşıladı və bu gün müdürün burda olduğunu buna görə diqqətli olmağımı söylədi.təlimatları da verdikdən sonra artıq işə başlamağa hazır idim.istirahət günü olduğu üçün səhərdən artıq müştərilər gəlməyə başlamışdı.doğurdan da ilk dəfə bu işi edən birisi üçün bu iş çox çətin gəlirdi.amma buna məcbur idim.gəlib keçən əcnəbi qonaqlar,cürbə-cür xasiyyətdə insanlar adamı ilk saatlardan əsəb xəstəsi etməyə yetərdi.ama məni əsəb xəstəsi edən o yox bir sürpriz oldu.

Bir stoıu toplayarkən arxadan gələn səs idi bu

-işlə işlə.işləməyən dişləmir.axırı da dam'a düşürlər

Hə bu o əclafın səsi idi.Vüqarın

Dişlərimi sıxaraq heç arxamı dönmədən

-Vüqar get başımnan

O isə mənə sataşarca gülərək

-ooo Murad bəy kimi hardan qovursan?

Mən dözə bilməyib onun üzərinə hücum çəkdim.bir yumru vurduqdan sonra o yerə yıxıldı.restoran axranaları bizi ayırıb məni çölə çıxardılar.nisbətən digərlərinə görə insana oxşayan bir ofissiant yanıma gəlib həyəcanla

-Murad neyliyirsən sən?başına böyük bəla aldın

Mən isə heç halımı pozmadan

-nə olacağee güya?

-o bu restoranın sahibidi və səni işdən qovmayacaq.süründürəcək Murad.

Mən çox təəccübləndim bu xəbərə.tez yerimdən qalxıb

-kim olur olsun.nə mən qulam nə də o ağa.ondan qorxan onun kimi olsun.

Ofissiant isə oturduğu yerdə başını yelləyərək sadəcə susdu.

Görünür saxta ağa bunların gözünü yaman qorxutmuşdu.amma mən başıma qoymuşdum.burdan ayrılmayıb mən onun dərsini verəcəkdim.



Müəllif: ŞERBAZскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!