Nifrətimə görə bağışla

Nifrətimə görə bağışla
Sevgi Dünyası
10.09.2017 9
Sənsizlik necə soyuq,
Ayrılıq nəğmələrindən ikimiz də yorulmuşuq.
Gəl qaytar məni biraz əvvələ, soyuq noyabra,
Etdiyim səhvlər çaşdırdı, qaçıram ora-bura.
Səndən sonra içimdə yoxdu qorxu,
Çünki səni itirmək idi ən pis qorxulu duyğu.
Xəstə şair yazdı haqqımızda gözündə yaşla, 
Yazırdı ki, ən böyük sevgilər nifrətlə başlar.
Bağışla, həyatım, amma sənin həyatın dəyişdi,
Sadəliyin itdi, insanlara münasibətin dəyişdi,
Hamıya yuxarıdan aşağı baxırsan, təbiətin dəyişdi,
Geyim tərzi, görünüş, sir-sifətin dəyişdi.
Sənin hərisliyin, mənim biraz tərsliyim var,
Səndən öyrəndiyim yalanlardan dərsliyim var.
Boğulanda göz yaşlarımda bil ki, gəlirəm qarşıla,
Mən unutmadım olanları, nifrətimə görə bağışla...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!