"Xoş gəldin ürəyimə...bitanem"

Sevgi Dünyası
10.09.2017 78
Unutmuşdum sevməyi, sevilməyi, aşiq olmağı...Ürəyimin qapıların bağlamışdım eşqə...Və çoxlu əsgər yerləşdirmişdim ürəyimin qapısına...Eşqin, sevginin içəri girməsini istəmirdim...Unutmuşdum səni sevirəm cümləsinin mənasını...Çünki...Mən, o cümləni dərk etməyənlərdən eşitmişdim...Yalan sevdanı gerçək sanmışdım...Minlərlə yalanların içində eşqi yaşadığımı düşünmüşdüm...Qaranlıqlarımda təkliyin qoyununa buraxarkən özümü, sən gəldin həyatıma...Qaranlıq gecələrimə bir işıq oldun sən...Həyatımdakı bütün qara rənglər səninlə birlikdə canlı rənglərə çevrildi...Heç gözləməzkən eşqi, sevgini yavaşca buraxdın ürəyimin qapısının aralı qalmış yerindən...Sən varkən, dünyayla bütün əlaqələrimi qoparıram mən...Ürəyimə sevgini, eşqini qısası səni işləyirəm mən...Çünki həyatda sənsən artıq, eşq də...Özümü heç bitməsini istəmədiyim bir yuxunun ortasında tapdım...Elə bil hər şey bir xəyaldı; yaşananlar, hiss edilənlər...Tərifini bilmədiyim bir qorxu qucaqladı bütün mənliyimi...Elə bil oyanacaqdım və hər şey bir yalandan ibarətmiş kimi, şillə kimi sifətimə dəyəcəkdi bütün gerçəklər...Amma aldandım...Oyandığımda bitməsini gözlədiyim hər şeyin, əslində bir gərçək olduğunu ürəyimə yenən şilləylə anladım...Sən gerçək idin, eşq gerçək idi və sən artıq həyatımın mərkəzi, eşqin özü idin...Eşqin ən saf halını yaşayıram indi səninlə...Reallaşmasını gözlədiyim xəyallarım var indilərdə...Bilirəm ki, onlar da bir gün eyniyilə bu gün olduğu kimi, bütün həqiqətiylə həyatımıza yerləşəcək...Mərkəzi sən olan bir həyatım var artıq...Və hər şeydən əhəmiyyətlisi SƏN varsan...Xoş gəldin ürəyimə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!