Allahımdan çox razıyam

Allahımdan çox razıyam
Sevgi Dünyası
10.09.2017 21
Yol kənarında oturmuş birisi dayanmadan dua edir: "Ey mərhəməti sonsuz olan Allahım! Sən mənə padşahlara, sultanlara vermədiyin neməti vermisən. Sənə nə qədər şükür etsəm, yenə azdır”. Yoldan keçən birisi onun söylədiklərindən təəccüblənir:
- Qardaşım, gözün görmür, ayaqların səni götürmür, əllərin tutmur. Birisi səni yedirməsə, acından ölərsən. Hansı gününə şükür edirsən? O hansı nemətdir ki, Allah-Təala padşahlara, sultanlara verməyib, sənə verib?
İşıqsız gözlərini üfüqə zilləyən həmin könül əri görün necə cavab verir:
- Allah-Təala mənə bu dünyanın bir sınaq, bir imtahan yeri olduğunu öyrətdi. Mən bu dünyada hər şeyin fani olduğunu, hər şeyin ötəri, keçəri olduğunu yaxşı bilirəm. Biz hər gün bu dünyadan bir addım uzaqlaşır, axirətə bir addım yaxınlaşırıq. Mən bu halımdan məmnunam. Allah məni belə yaradıbsa, demək, mənim imtahanım bu halıma görədir. Mən bu halımdan da, Allahımdan da çox razıyam, çox məmnunam, Onun hər əmri başım, gözüm üstünədir. Mən bu dünyaya könül vermədim, bütün duyğularımla Allahıma yönəldim. Mən Allahımı tanıyıb , Onu sevəndən sonra bu fani dünyanın yalançı cazibəsindən baxsam, nə xeyri, baxmasam nə zərəri?
Yol ötən adam heç bir şey söyləyə bilmir. Udqunur, "Allah köməyin olsun” deyib yoluna davam edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!