❥ Sevgi hekayələri ❤

❥ Sevgi hekayələri ❤
Sevgi Dünyası
10.09.2017 33
Bu balaca sevgi hekayələri həyatın özüdür. Hamımız bu hissləri yaşaya, ancaq fərqinə varmaya bilərik.
1) Bu gün qızımın toyu oldu. 10 il əvvəl qəzaya uğramış, yanan avtobusun içindən 14 yaşlı bir oğlanı çıxartmışdım. Həkimin diaqnozu bu idi: o, daha yeriməyəcək. Bir neçə dəfə onu ziyarətə qızımla getmişdim. Sonra qızım mənsiz getməyə başladı. Bu gün mən bütün deyilənlərə rəğmən bu oğlanın ayaqları üzərində dimdik dayanaraq qızımın barmağına üzük taxdığını gördüm.
2) Bu gün səhər saat 7-də dükana (mən gülçüyəm) yaxınlaşanda qapının yanında formada dayanmış bir əsgər gördüm. O, hava limanına gedirdi, bir illik Əfqanıstana uçacaqdı. Əsgər dedi: "Hər beşinci gün arvadıma gözəl bir gül dəstəsi göndərirdim. Bu ənənəni gedişimə görə pozmaq istəmirəm”. Sonra o, mənə 52 dəstə gül sifariş verib onları hər beşinci gün həyat yoldaşının işinə göndərməyimi istədi. Mən ona 50 faiz endirim etdim – bu sevgi bütün gün əhvalımı yüksək tutdu.
3) Bu gün mən 18 yaşlı nəvəmə heç vaxt məzuniyyət gecəsinə getmədiyimi dedim. Çünki məni heç vaxt
ora dəvət edən olmamışdı. Təsəvvür edirsiniz – nəvəmi axşam gözəl bir smokində qapımda gördüm. Məni rəfiqəsi kimi məzuniyyət gecəsinə dəvət etdi.
4) Bu gün balaca bir qızı əməliyyat edirdim. Təcili birinci qrup qan lazım oldu, bizdə isə qan ehtiyatı qalmamışdı. Məlum oldu ki, əkiz qardaşı da birinci qrup qan daşıyıcısıdır. Mən ona bunun ölüm-qalım məsələsi olduğunu izah etməyə çalışdım. O, bir az düşündü, sonra valideynləri ilə sağollaşdı və qolunu qoydu. Mən onun niyə belə etdiyini başa düşməmişdim, ta ki qanı götürəndən sonra "Bəs indi nə vaxt öləcəm?” soruşana qədər. Demə, o, bacısına görə həyatını qurban verdiyini düşünürmüş. Şükür ki, indi hər ikisi çox yaxşıdır.
5) Bu gün 8 yaşlı oğlum məni qucaqlayıb dedi: "Sən dünyanın ən yaxşı anasısan!”. Mən gülərək: "Hardan bilirsən? Sən ki dünyadakı bütün anaları tanımırsan” — soruşdum. Oğlum məni yenə bərkdən qucaqlayıb, bərkdən dedi: "Sən elə mənim dünyamsan!”.
6) Bu gün mən 12 yaşındakı oğlum Şonla neçə aylardan bəri ilk dəfə yolüstü qocalar evinə getdim. Çox vaxt ora tək — alzaymer xəstəliyindən əziyyət çəkən anamı yoluxmağa gedirəm. Biz içəri girəndə tibb bacısı: "Salam, Şon” – dedi. Mən oğlumdan: "O sənin adını hardan bilir?”, — soruşdum. "Dərsdən sonra bura tez-tez gəlirəm. Nənəmi görməyə”, — dedi. Mənimsə bundan heç xəbərim yox idi.
7) Bu gün keçmiş arvadımla iki illik ayrılıqdan sonra şam yeməyində görüşdük. 4 saata yaxın dedik-güldük. Getməmişdən qabaq o, mənə qalın bir konvert verdi. Onun içində arvadımın iki il ərzində mənə yazdığı 20 sevgi məktubu vardı. Konvertin üstündə yazılmışdı: "Tərsliyimdən göndərmədiyim məktublar”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!