KİN TUTMA və əsla sevməyi unutma...

KİN TUTMA və əsla sevməyi unutma...
Sevgi Dünyası
10.09.2017 19
KİN TUTMA və əsla sevməyi unutma...Səs-küyün ortasında sükunətlə gəz... Səssizliyin içində hüzur olduğunu unutma...

Başqa cür davranmaq açıqca gəlmədikcə hər kəslə dost olmağa çalış... Lakin kimsəyə təslim olma...
Təlaşsız, açıq və doğru danış...Başqalarına da qulaq as...Axmaq və cahil olduqları zaman dinlə onları, çünki dünyada hər kəsin bir hekayəsi vardır...
Tək planlarının deyil, müvəffəqiyyətin də dadını çıxarmağa çalış...Nə qədər kiçik olursa olsun, İşinlə maraqlan!
Həyatdakı dayağın əvvəl odur...Olduğun kimi görün, göründüyün kimi ol!Sevmədinsə sevər kimi görünmə...
Eşqə ağız büzmə əsla... O səhra ortasında çəmənli bir yerdir...Və illərin keçməsinə hirslənmə...Gəncliyinə yaraşan şeyləri gülümsəyərək təslim et keçmişə...Hərdənbir belə üsyana yönələcək olsan belə unutma ki, kainatı mühakimə etmək qeyri-mümkündür...Onun üçün döyüşlərini davam etdirərkən belə, öz-özünlə barış içində ol!Və görməyə çalış ki, bütün pisliyinə baxmayaraq dünya yenə də çox gözəldir...
İki şey əsldir yaranmada...
KİN TUTMA VƏ ƏSLA SEVMƏYİ UNUTMA...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!