İlk baxışda eşq (1-ci bölüm)

İlk baxışda eşq (1-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 60
F:Ramil,oğlum,axşam heç yerə getmə.Qonağımız var.

R:Ana,məni dostlarım gözləyir axı.Söz vermişəm.

F:Yaxşı amma qonaqlarla görüş,5 dəqiqə otur gedərsən.

R:Kimdir ki bu qonaqlar?

F:Sənə uşaqlıqda baxan qadın.

R:(bir az fikirlesenden sonra)Həə yadıma düsdü.Nailə xala idi deyəsən.

F:Hə Nailə xala.

R:Yaxşı amma bir az durandan sonra gedəcəm.Yaxşı?

F:Yaxşı.

-------------------------- -------------------------- -------------------------- -------------------------- -----------------

N:Ayşəm,balam,bu axşam Fariz əmingilə gedəcəyik.Hazırlaş.

A:Fariz emigil?

N:Aha,Fariz əmingil.

A:O kimdir ki?

N:Vaxtilə onun oğluna baxıclıq etmişəm.Çox yaxşı insanlardır.Atan öləndən sonra bizə həmişə maddi cəhətdən yardım edib.Atan rəhmətə gedəndən sonra biz kəndə köçməli olduq.Onun üçün də işdən çıxdım.Amma sağ olsun həmişə maddi cəhətdən yardım edib bizə.Indi də eşitdi ki şəhərə gəlmişik bizi qonaq cağırıb.Get hazırlaş.

A:Yaxşı,nənə.

-------------------------- -------------------------- -------------------------- -------------------------- ---------------

16 il öncə.

Gecə bərk yağış yağırdı.Ayşəm isə hey ağlayırdı.Onda 1 yaş 2 aylıq idi.

N:Can bala,can.Ağlama.Bilirəm sən də atan üçün narahat olmusan.Sənə də ayan olub.

Amma Ayşəm hey ağlayırdı.Ayşəmin anası onu dünyaya gətirərkən ölüb.Ona nənəsi baxırdı.

Elə bu zaman qapı döyüldü.Nailə xanım tez qaçaraq qapını açdı.O qapını açmazdan öncə gələnin oğlu olduğunu düşünmüşdu amma......

-Salam xanım.

N:Salam.

-Xanım bizlə gələ bilərsiniz?

N:Gələrəm.Nolub ki?

-Gəlin yolda sizə hər şeyi başa salacayıq.

Nailə xanım Ayşəmi qonşularından birinə verib özü isə 2 nəfər polislə gedir.

N:Nə olub axı?Söyləyin artıq.

-Xanım oğlunuz Insaatda isleyir həə?

N:Beli.Nolub ki?

-Təssüflər olsun ki oğlunuz bədbəxt hadisə nəticəsində vəfat edib.

N:N.?Necə olub axı bu?

-Bina üçün işlədilən tikinti məmulatları xarab imiş.Bunun üçün də bina uçub və oğlunuz binanın altında qalır.

Nailə xanımın dünya başına hərlənir.Bir neçə gün özünə gələ bilmir.Oğlunun yoxluğuna öyrəşə bilməsə də Ayşəm üçün həyatda qalmağı bacarır.O nə qədər bina tikdirənləri polisə şikayət etsə də ona əhəmmiyyət verən olmadı.Axı kasıbın halıyla maraqlanan yoxdur.Bina tikənlər isə zəngin insanlar idi.Onlar pullarini işə salaraq Naile xanimin şikayətinə baxılmayacağını təmin edib.Naile xanim bunun mənasiz olduğunu görerek oğlu vəfat etdikdən sonra kəndlərinə köçür.Cünki həmin şəhər onuncün lənətlənib.

Indi isə Ayşəm artıq məktəb bitirdiyinə görə yenidən həmin şəhərə qayıtmalı olur.Çunki Ayşəm Universtetə hazırlaşırdi və Universteti burada oxuyacaqdı.

-------------------------- -------------------------- -------------------------- -------------------------- ----------------

Fariz bəygildə hazırlıq gedirdi.Düzdü gələnlər elə de böyük vəzifəli insanlar deyildi amma Nailə xanım onlar üçün çox dəyərli idi.Və qapı çalındı.

Fi:Deyəsən gəldilər.

Fa:Hə gedək qarşılayaq.

Fa:Xoş gəlmisiniz.

N:Xoş gördük,oğlum.

Fi:Necəsiniz Nailə,xala?

N:Yaxşıyam qızım çox sag ol.Siz necəsiniz?

Fi:Biz də yaxşıyıq.(Firəngiz Ayşəmə baxaraq)Deyəsən nəvənizdir.

N:Hə qızım nəvəmdir.Oğlumdan qalan tək yadigar nəvəm.

Fa:Xoş gəlmisən qızım.

A:Xoş gördük.

Elə bu zaman Ramil gəlir.

N:Mənim Ramil balam necə de böyüyüb.

Ramil isə gülər üzlə Nailə xanıma doğru gəlirdi.

R:Xoş gəlmisən nənəcan.

N:Xoş gördük balam.

R:Nəcəsiniz?

N:Yaxşıyam oğlum,yaxşıyam.

Ramilin gözü Ayşəme sataşdı.Ayşəm başını aşağı tutub əli ilə dırnağını didirdi.O həyəcanlananda həmişə belə edirdi.

R:Siz də xoş gəlmisiniz.

Ayşəm başını qaldıranda Ramilin gözləri parıldadi.Ayşəmin iri gözlərinin Ramillə qovuşduğu an Ramilin sanki bədənindən cərəyan keçirdi.Düzdü Ayşəm o qədər de cazibədar deyildi.Onda saf gözəllik var idi.Bu isə Ramili ona daha da çəkirdi.Ayşəmin geyindiyi sadə donla o daha da sadə ve şirin gorsənirdi.

A:Xoş gördük.

Ramil ona tanış olmayan hislər keçirirdi.

Fa:Buyurun içəri keçin.Qapı ağzında qaldınız.Hər kəs içəri keçir.Yeməkdən sonra oturub söhbət edərkən Ramil gözlərini Ayşəmdən ayırmırdı.Ayşəmsə bunu hiss edib narahat olurdu.

-------------------------- -------------------------- -------------------------- -------------------------- ----------------

Ayşəm çox sakit,məsum bir qızdır.Ana-ata sevgisinə həsrət qalsa da nənəsi ona bacardığı qədər öz sevgisini verib.Amma əlbəttə ki bu ana-ata sevgisini əvəz edə bilməzdi.

-------------------------- -------------------------- -------------------------- -------------------------- ---------------

Fi:Oğlum bəs sən dostlarınla getməyəcəkdin?

R:He ana amma uşaqlar sonra görüşək dedi.

Fi:Bu lap yaxşı oldu ki.

Amma bu 1 nəfərin ürəyindən deyildi.Düz tapdınız.Ayşəmin.Ayşəmin safliği,gözəlliyi,sadəliyi  onu Ramilə sevdirmişdi.Ramilin münasibətdə olduğu qızlar,yəni dirnaqarası sevgililəri çox olmuşdu.Amma heç birində Ayşəmə qarşı keçirdiyi bu qəribə,özünə də tanış olmayan duyğuları keçirməmişdi.Ramil ilk görüşdə sevgiyə inanırdı amma nə vaxtsa onun başına gələcəyi ağlına gəlməzdi.Çünki o qızlara inanmırdı.Indiyə kimi onun həyatinda olan qızların hamısı Ramilin puluna gorə onunla sevgili rolu oynayırdılar.Ramil isə dostlarının ona gülünc gözlə baxmamaları üçün qızlarla sevgili münasibətini oynayirdi.Bu gecə isə Ayşəmi görəndən sonra onun fikiri tamam qarışdı.Dostları ilə görüşünü təxirə salmasının səbəbi də elə bu idi.Amma gələcəkdə nələrin olacağını heç kim bilmir.



MÜƏLLİF: HUMKAскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!