Sənin üçün `sevgili`...

Sənin üçün `sevgili`...
Sevgi Dünyası
10.09.2017 34
Mən gecəni gözləyirəm..Səni yuxumda görmək üçün yatıram....Yuxumda sarılıram bəlkədə, amma qoxunu duya bilmirəm , sevgili..


Mən dənizə səni görmək üçün baxıram..Amma ləpələr səni gətirmir sevgili..


Mən yollar səni gətirsin deyə durmadan Allahıma yalvarıram..Gəlmirsən sevgili..Nə edim, necə edim?.. Bacarmıram sənsiz..


Mən hər uçan quşa, əsən yelə səni soruşuram sevgili..Dinmirlər..Dərdimə baxıb, boynunu bükürlər sevgili..


Mən gözyaşlarımı sən sil deyə ağlayıram..Amma silmirsən, silə bilmirsən sevgili..


Sadəcə həzin mahnılarda deyil, hər həzin kəlməmdə sənə ağlayıram sevgili...


Mən hər gecə sənsizliyə sarılıb yatıram ..Amma nəfəsinin istiliyini hiss etmirəm sevgili..


Hər gecə sənsizliyi içirəm qədəh-qədəh...Sənsizlik sərhoş edir, amma dad vermir sevgili...


Mən Sən deyə-deyə can vermək ümidiylə yaşıyıram sevgili..Bəlkə, onda sənə qovuşmaq ümidi doğacaq..


Bax hava çox soyuqdu sevgili.... Səni bir anlıq görə bilsəm.. Sənə toxuna bilsəm.. Kaş sevgili.. Kaş.. Yenə hava soyuqdu sevgili.. Sənsizlik əsir yavaş-yavaş.. Gəlmişəm yanına.. Sənə olan həsrətim biraz dinsin deyə.. Ağlayıram, soyuqdan donmuş gözlərimlə.. Yanındayam sevgili.. Sən torpağın altında yalnız üşümə deyə.. Sən özünü tənha hiss etmə deyə... Səni elə sevirəmki sevgili..


Gül üzünə həsrət olan bu gərəksiz canla yaşayıram indi..Dağılsın belə dünya sevgili..
By:Meскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!