Bu şəhərin nağılı

Bu şəhərin nağılı
Sevgi Dünyası
10.09.2017 19
Sevgi ilə ayrılıq arasındakı məsafə

Bu şəhərdə nikah salonu ilə məhkəmə zalı və şadlıq sarayı ilə qəbiristanlıq arasındakı məsafə qədərdir.....

Bu şəhərin zurnaçıları  "Vağzalı"nı da "Zəminxarə"yə calayırlar.

Küçələri timsaha bənzəyir bu şəhərin.

Yeriməyə də qorxursan.....

Küçə udacaq səni elə bil.

Gecələri nağıllardakı əjdahadır sanki bu şəhərin.

Qaranlıq düşüncə vahiməyə düşürsən.

Gecə üstünə şığıyır sənin.

Ağaclar da qol-budaq atmağa qorxur bu şəhərdə.

Bir az boy göstərdimi boynunu vururlar ağacların...

Bu şəhərin şahı da var, carçısı da, hələ üstəlik dar ağacı da.

Amma bu şəhərdə adamlar dar ağacından asılmır, dar ağacı  asılır yekəqarın adamların onu-bunu hədələyən şəhadət barmağından....

Bu şəhərin nağılının sonunda

Göydən asılı qalıb üç alma.....

Satılacağından qorxduğu üçün...



Müəllif: Xuraman Hüseynzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!