Şərabxor

Şərabxor
Sevgi Dünyası
10.09.2017 6
ŞƏRABXOR Günlərin biri Harun-ər Rəşid şərab içdiyi zaman Bəhlul onun yanına gəlir.Xəlifə özunu təmizə çıxarmaq üçün Bəhluldan soruşur:-Üzüm yemək haramdır?

Bəhlul deyir:-Xeyir,haram deyil. harun soruşur:-Bəs üzüm yedikdən sonra üstündən su içib günün altında oturmaq haramdır?

Bəhlul cavab verir:-Xeyir haram deyil.

Xəlifə soruşur:-Elə isə nəüçün üzümü su ilə qarışdırıb günün altında saxladıqdan sonra onu içmək haram olur?

Bəhlul cavab verir:-Birinin başına gil töksələr gil ona zərər yetirər?

Harun cavab verir:-Xeyir nə zərər verəcək?!

Bəhlul yenə soruşur:-Sonra həmin şəxsin başına su töksələr bu ona zərər verər? Harunun cavabı yenə eyni olur.

Bəhlul bir daha soruşur:-Bəs yaxşı,su ilə gili qarışdıraraq ondan kərpic düzəldib həmin şəxsin başına vursalar nece,bunun ona zərəri olar?

Harun deyir:-Bəli kərpici kimin başına vursalar xəsarət alar.

Bəhlul deyir: Torpaqla sudan hazırlanan kərpic insana necə xəsarət yetirisə,su ilə üzümdən hazırlanan şərab da insana eləcə zərər vurur. Bunun üçün də Allah-Təala onu insana haram buyurmuşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!