Daha səni sevmirəm (Özəl)

Daha səni sevmirəm (Özəl)
Sevgi Dünyası
10.09.2017 7
"Daha səni sevmirəm” hər gün durmadan təkrarlayıram bunu özümə. "Daha
səni sevmirəm, daha sevmirəm” . Lakin qəlbim elə hey çığırır "Yalandı,
yalan. Bu boş mənasız yalanla özünü xilas edə bilmərsən”



"Hər şey boşdur, mənasızdır. Ayrılıq nədir ki, səni iki günə
unudaram” deyirəm özümə. Lakin yenə ürəyim çoşur etiraz edir: "Niyə başa
düşmürsən, qaça bilmərsən özündən uzağa”.



"Sevmirdim səni onsuz, həvəs idi bitdi getdi” deyirəm özümə hər gün
dayanmadan. "Həvəs deyil, sən bitdin, sən itirdin, sən üzüldün bu
yolda” deyir qəlbim cavabında. 



Və ən sonda anlayıram onu sevirdim, sevirəm. Ona deyil, qəzəblənirəm yenə özümə. Ona deyil hirsim, ona deyil qəzəb. 
 
Özgəni sevirsən deyirsən mənə yalandı. Səndən incimirəm çünki məni
tərk edən sən deyilsən, səni tərk edən mənəm.....Bağışla məni..
 
Qeyd: Yazının bir sıralarının müəllifi özüməm..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!