Bir də MƏN ol!

Bir də MƏN ol!
Sevgi Dünyası
10.09.2017 5
Bir sevgi ol..

Axşam məhəbbətlə yatırt səhər məhəbbətlə oyat

Bir arzu ol..

Gedək sakit bir dünyaya geyinib sehirli xalat

Bir günəş ol..

Hərarət ver səhər-səhər pəncərədən otağıma

Bir dəniz ol..

Sahil olum vur sinəmə hərdən-hərdən ləpələri

Bir yağış ol..

Baxım göyə narın-narın damlalarla islat məni

Bir külək ol..

Xoş gün üçün sovur göyə dərd-kədəri,qəm-qüssəni

Bir çiçək ol..

Həsrətindən bülbül olum ölənəcən sevim səni

Bir kitab ol..

Dərk eyliyim bütöv səni oxuduqca səhifələri

Bir kağız ol..

Qələm olum sənə yazım qəlbimdəki cümlələri

Bir özün ol..

Nəzər yetir bu sevgiyə sən tərəfdən mən tərəfə

Bir də mən ol..

Nəzər yetir bu sevgiyə mən tərəfdən sən tərəfə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!