Bir rəssamın arzuları

Bir rəssamın arzuları
Sevgi Dünyası
10.09.2017 11
Bu gün də gördüm səni... Ama fərqliydi... Daha o baxışlar məndən qaçmır... Necə çəkim rəsmini, gözelim?üzündəki nuru göstərim? yoxsa sərt baxışlar altında gizlənən səmimiliyini? Səncə məni xoşbəxt edən nədir gözəlim? Bilmirsən? - bir vaxtlar qorxaraq baxdığım o gözlərə indi sevgi ilə sərbəst baxa bilirəm. Bax budur meni xoşbəxt edən... Bilirsən gözəlim səninlə arzularımı qələmlə təsvir etmək istərdim, ama səma qədər saf, geniş bir vərəqim yoxdur, rəsmini sənə tam bənzətmək istərdim, ama güzgü qədər əks edəcək gücüm yoxdur... Bilirsən gözəlim, arzularım elə geniwdir ki, bir neçə dəfə həyat yaşasam o arzularımı danışıb bitirə bilmərəm... Yuxularımın şəhzadəsi, məni bu röyadan oyanmağa qoyma... Mənə sual verirsən, niyə məhz sən? O zaman öncə mənim sualıma cavab ver gözəlim - dənizdə batmaq üzərə olsan və dalğalar səni bir sahilə çıxarsa, sual verəcəksənmi dalğalara "niyə məhz bu sahilə" deyə? Arzular dənizimin dalgaları məni sən olan sahilə gətirdi gözəlim...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!