Ayrı dünyalar...

Ayrı dünyalar...
Sevgi Dünyası
10.09.2017 37
Səni ilk dəfə görəndə inanmazdım ki,nə vaxtsa mənim ümüdsüz həyatımın yeganə ümidi sən olacaqsan.Bilmirəm necə,amma.illər sonra sən mənim yeganə yaşama səbəbim oldun.Sən mənə qəlbim qədər yaxın.amma eyni anda məndən göylər qədər uzaq idin.Səni gördüyüm an sənsizliyi unudub,xəyallar dünyasına çəkilirdim.Xoşbəxtliyin ən ali zirvəsindəykən yaddaşıma daha bir sənli xatirə həkk edirdim.Amma nədənsə əsiri olduğum gözlərin mənim xəyallar dünyamı alt-üst edirdi.Hər dəfə gözlərinə baxanda həyatımın sənsiz olduğunu və əslində məndən sonsuz xəyallarim qədər uzaq olduğunu hiss edirdim.Hər dəfə gözlərinə baxanda bu eşqin heç vaxt real olmayan xəyallardan ibarət olduğunu görürdüm.Bir gün qəlbimdə yaşatdığım qəlbində özgə qəlb yaşatdığını duydum.O an anladım gözlərinin həqiqətini.Anladım ki.mən sənsizliyin acısından sənli dünyamı qurarkən,sən də özgə bir sevginin istisində isinib,özgə bir sevginin işığından nura bələnmiş bir dünya qurmusan xəyalında.Yəqin elə bizi birləşdirən yeganə oxşarlıq da budur.Əslində biz səninlə eyni diyarda yaşasaq da tamamilə ayrı-ayrı dünyaların insanlarıyıq.Və bilirəm ki.sənin dünyanda mənim heç bir yerim yoxdur.Amma mənim dünyam bütünlüklə sənə məxsusdu.Sən mənim sirli dünyamın yeganə qonağısan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!