Din haqqında maraqlı hekayə

Din haqqında maraqlı hekayə
Sevgi Dünyası
10.09.2017 68
Həzrəti Əli (ə.s) şəhadətə yetişdikdən sonra gecə onu dəfn etməyə aparırdılar. Dəfn etdikdən sonra geri qayıdarkən yolları xarabalıqdan düşdü. Bu zaman xarabalıqdan bir kişinin nalə səsi eşidilməyə başladı:



- Həbibim, Həbibim - deyə fəryad edən zaman Hz. Həsən və Hz Hüseyn (ə.s) səsə tərəf getdi.

Hz. Həsən və Hz Hüseyn (ə.s) yaxınlaşdıqda gözləri kor, qoca kişini gördülər. Ondan ağlamağının səbəbini soruşduqda o, cüzzam xəstəsi olduğunu və bu səbəbdən ailəsinin, dostlarının, yaxınlarının ondan üz döndərdiyini və bu xarabalığa atıldığını nəql etdi. Lakin hamının üz döndərməsinə baxmayaraq bir kişinin mütəmadi olaraq onun yanına gədiyini, başını sığalladığını və yardım etdiyini deyəndə Hz Həsən və Hz Hüseyn (ə.s) bu insanın Hz Əli (ə.s) olduğunu başa düşdülər. Və kor kşiyə bu insanın onun atası,yetimlərin dayağı olan Hz Əli (ə.s) olduğunu və onun artıq həyatda olmadığını deyəndə kor kişi ağlayaraq onu Hz Əlinin (ə.s) qəbrinə aparmağı xahiş etdi. Hz. Həsən və Hz Hüseyn (ə.s) kor qocanı ora aparmağa razılıq verdilər. Kor qoca qəbirə çatanda ağlayaraq: ”Həbibim, həbibim”deyərək diz çökdü. Bir müddət keçdikdən sonra ondan səs gəlmədiyini görən Hz. Həsən və Hz Hüseyn (ə.s) onun can verdiyini gördülər.

Allah bizlərə bu dünyada Həzrəti Əlinin (ə) ziyarətin axirətdədə şəfaətini nəsib etsin İnşallahскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!