Səndə qocalacaqsan

Səndə qocalacaqsan
Sevgi Dünyası
10.09.2017 13
Yaşlı ata 1 müddət oğlu, gəlini və dörd yaşlı nəvəsi ilə qalmağa qərara gəlir.

Ailə hər gün stol arxasına keçərək birlikdə yemək yeyirdi. Atanın əlləri
əsdiyi üçün tez tez qaşığı yerə salır, gözləri yaxşı görmədiyindən
boşqaba və su qabına toxunaraq onları aşırıb sındırır, dişləri olmadığı
üçün isə ağzını marçıldadırdı. Bu hərəkətlərdən əsəbləşən gəlin və oğul
"Bu nizamsızlığın qarşısını almalıyıq": deyərək yaşlı ata üçün evin
küncündə ayrıca balaca stol açır, şüşə qabları sındırmaması üçün isə ona
taxtadan boşqab və fincan verirlər. Beləliklə hər gün ailə stol
arxasında nahar edərkən, yaşlı ata evin küncündə ona ayrılmış kiçik
stolda tək oturaraq yemək yeyirdi. Ata hər dəfə qaşığı yerə salanda,
fincanı aşıranda gəlinin və oğulun iti baxışları ona tərəf yönəlirdi.
Ailə üzvləri onun göz yaşlarını görməsin deyə qoca ata başını aşaği
salaraq baxışlarını onlardan gizlətməyə çalışırdı. Bunların hamızını isə
evdə olan dörd yaşlı nəvə sakitcə seyr edirdi.



Bir axşam şam yeməyindən əvvəl ata körpə uşağının yerdə oyuncaq çəkic və
taxta parçaları ilə oynadığını görür və ona yaxınlaşıb başına sığal
çəkərək soruşur: "Şəkərim taxta parçalarından nə düzəldirsən?" Yerdə
oturmuş körpə başını qaldırıb atasına baxaraq "Ata mən anam və sənin
üçün qocalanda şüsə qabları sındırmamaq üçün taxta qablar hazırlayıram"
deyə cavab verir.



Uşağın sözlərindən sanki yuxudan ayılan valideyinlər göz yaşlarını tuta
bilmir, ataya qarşı etdikləri hərəkətdən peşman olurlar. Həmin axşam
gəlin və oğul yaşlı atanın qollarından tutaraq onu öz stolları arxasına
gətirirlər. O gündən bərı ata yenə hər gün butun ailə üzvləri ilə
birlikdə stol arxasında nahar edirdi. Onun qabları sındırması, suyu yerə
dağıtması və ağzını marçıldatması isə oğul və gəlinini narahat belə
etmirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!