Səbr edib şans verin...

Səbr edib şans verin...
Sevgi Dünyası
10.09.2017 47
Hər bir insan oğlu səhv edə bilər, yaşadığımız cəmiyyətin ən adi qanunu budur. Amma insan səhvindən nəticə çıxarıb geri dönürsə, qarşısındakı onu bagışlayıb bir şans verməyi bacarmalıdır. Bu isə, biz qadınlar üçün yazılmamış bir qanundur. Sizə 31 yaşlı İrina adlı bir rus xanımının yaşadıqlarını çatdırım, nə demək istədiyimi daha yaxşı anlayarsınız.

,,...Yoldaşımla 18 yaşımda tanış olmuşam, o məndən 4 il böyük idi. Hər şey bir nağıltək başladı. Mən onu gördüyüm ilk gün: ,,bax, budur,, -dedim. Valideynlərimiz münasibətimizə qarşı olsa da, mən sevgi içində üzürdüm. Çox xoşbəxt idim. Biz evləndik. Toydan sonra mən onun valideynləri ilə yaşamaga başladım. Hər şey bundan sonra başladı: evdarlıq, uşaq, qayınana ilə münasibət və təhsilim...Bütün bunları bir arada tutub, hər kəsi razı salmaq mümükün deyildi. Getdikcə ailədə münasibət dəyişilirdi. Mən oxuya-oxuya artıq 2-ci uşaga hamilə qaldım. Düşünürdum ki, ikinci uşaq da olsa, hər şey qaydasına düşəcək, münasibətlər isinəcək. Lakin daha da pisləşdi. Qaynanam tez-tez yoldaşıma mənim səristəsizliyimdən şikayət edir və təhsilimi yarıda qoymagımı istəyirdi. Mən dayanmadım, hər çətinliyə sinə gərib, təhsilimi uğurla başa vurdum.

Artıq yoldaşımla iplər qırılmaqda idi, bir neçə dəfə anamgilə getdim, yenə qayıtmaga məcbur oldum. Çünki onu çox sevirdim. Ayrı yaşamaqçün yoldaşıma dil töksəm də, o, razı olmurdu. Ümidim yalnız Allaha, onun möcüzəsinə idi. Və bir gün o möcüzə məni tapdı-üçüncü uşagım dünyaya gəldi. 3 uşaqlı ailə kimi bizə dövlət ev verdi, 2 uşagım bağçaya getməyə başlamışdı. Yeni ev, yeni həyat, öz əşyalarım, kimsənin qarışamayacagı mətbəxim vardı. Sanki dünya mənim idi. Körpəmə baxıcı tapıb günün 4 saatını yaxşı bir işdə işləyirdim. Sevincim üzün sürmədi, çox gecikmişdim, ailədki soyuqluq və soz-söhbət yoldaşımı başqa qadına qaçırtmışdı. Hələ dərk etmirdim, ta ki o bizi buraxmayanadək...çox yalvardım, bizi tərk etməsin deyə, az qala ayaqlarına düşəcəkdim. Amma buna daha da əsəbləşib, sanki qaçmaq istəyirdi. Onda anladım ki, bu, sondur....

Bütün yaşadıqlarıma baxmayaraq, içimdə Allaha inam hissi və vicdanım yerimdə idi. Gənc 3 uşaq anası, yaxşı iş yeri olan bir qadın idim. Allah məni bir an belə olsa tək buraxmadı, ona sığındıqca hara gedirdimsə, yolumda yaşıl işıq yanırdı. Buna baxmayaraq, içimdəki sevgi hissi vardı, yoldaşımı unuda bilmirdim, hələ də dönməsini istəyirdim.



Hələ məhkəməmiz gedirdi. Bir gün yoldaşımın o xanımdan ayrılıb, anasının evində yaşadıgını eşitdim. Sonra anasını bizə, bağışlanması üçün xahişə göndərdi. Sevincimdən agladım. İnanmazsınız, o, geri - ailəsinə dondü. Yaşamaga başladıq, yoldaşım, uşaqlarım, evim, işim...əvvəlkindən daha çox xoşbəxt idim. Bir gün yoldaşım-,, mən sənə lazımammı?,,-deyə qəribə bir sual verdi. Cavab verə bilmədim. Qarşımda bütün ömrümü, cavanlıgımı, az qala təhsilimi qurban verdiyim, bütün çətinliklərdə məni tək buraxıb gedən, başqa qadına dəyişən bir kişi vardı. Ən çətin zamanda məni atıb getmişdi. Lazımdırmı o mənə?...Bundan sonra güvənmək olarmı ona?..Bəli, lazımdır, çox çətindir sevdiyin insanın zərbəsi, amma əgər ortada isti münasibət, sevgi və bu sevginin 3 meyvəsi, gozəl övladlarımız varsa, o mənə və ailəmizə lazımdır. Nə yaxşı ki, mən ona şans verdim. Bütün çətinlikləri aşmaqda yardımçış Allah oldu. Biz indi bir-birimizi daha çox sevirik. Bəlkə də bu Allahın bizə verdiyi bir sınaq imtahanı idi. Yalnız 1 şans-o imtahanı uğurla başa vurmaqda yardımçımız oldu. 15 ildir artıq, mən hələdə o şans üçün peşiman olmamışam. Bağğışlamagı bacarın, əgər qəlbiniz və vicdanınız safdırsa, hər gedən geri dönər...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!