Əkilən an bar verən ağac

Əkilən an bar verən ağac
Sevgi Dünyası
10.09.2017 23
Harun ər-Rəşid əyin-başını dəyişdirib saray əyanları ilə kəndlərin
birindən keçirdi. Öz bağçasında işləyən bir qocanı gördülər. Xəlifə
yaxınlaşıb qocaya salam verdi, nə işlə məşğul olduğunu soruşdu.
Qoca cavab verdi: "Xurma ağacları əkirəm”. Harun ər-Rəşid soruşdu:
"Əkdiyin fidanlar neçə ildən sonra bar verəcək?”. Qoca: "Inşaallah, on
beş ildən, bəlkə də iyirmi ildən sonra”. Xəlifə heyrət içində idi:
"Qoca, düşünürsən ki, 15-20 ildən sonra sağ qalacaqsan? Axı, bu
ağacların məhsulunu görmək yəqin ki sənə qismət olmayacaq”. Ağsaqqal
kişi əhvalını pozmadan söylədi: "Nə olsun ki? Bizdən əvvəlkilər ağac
əkdilər, meyvəsini özləri yeyə bilmədilər, biz yedik. Indi də mən
əkirəm, qoy meyvəsini bizdən sonrakı nəsillər yesin”.
Qocanın alicənablığından təsirlənən Harun ona bir kisə qızıl bağışladı.
Qoca qızılları alıb Allaha dua etdi: "Ilahi, Sənə şükr olsun. Hamı
əkdiyi ağacın bəhrəsini neçə ildən sonra görür, mən isə həmin an
ağaclarımın faydasını qazandım”.
Xəlifə gördü ki, qoca həm də dindar, şükr edən, gözütox adamdır. Buna
görə ona daha bir kisə qızıl verdi. Qoca yenə əllərini səmaya qaldırıb
şükr etdi: "Ilahi, Sənə şükr olsun. Hamının ağacı ildə bir dəfə bar
verir, mənim ağacım isə dalbadal iki dəfə məhsul gətirdi”.
Harun vəziyyəti belə görəndə əyanlarına qayıtmaq işarəsi verib dedi:
"Tez qayıdıb gedək. Bu kişi hər dəfə şükr edəndə mən özümü saxlaya
bilməyib ona bir kisə qızıl verəcəyəm. Qorxuram ki, bütün xəzinəmi verib
müflis olaram.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!